İnstitut direktoru: "İlahiyyatçı alimlər hazırlanmasın"

15.02.2014 - 16:45

İnstitut direktoru: “İlahiyyatçı alimlər hazırlanmasın”

Quranı, sünnəni, hədisləri bilməsinə baxmayaraq, ilahiyyatçı alimlər bir qədər mühafizəkar təhsil alırlar. Hesab edirəm ki, bu gün ölkədə müasir, mütərəqqi, Azərbaycançı dini xadimlərinə ehtiyac var”. Bunu AzNews.az-a açıqlmasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva deyib. 
İnstitut direktoru deyib ki, ilhahiyyətçi alimlərin hazırlanmasının tərəfdarı deyil. Çünki bəzən bu cür alimlərin bilikləri bir qədər məhdud olur. 
Onun sözlərinə görə, hazırda Azərbaycanda mollalarının böyük əksəriyyəti dini təhsil görməyib: 
“Sovet dövründə mollalar o qədər yaxşı dini təhsil ala bilməyiblər. Amma artıq müstəqilliyimizin 23-cü ilin yaşayırıq. Artıq vaxtdır ki, bizdə də savadlı mollalar yetişsin. Mollalarımızın əksəriyyəti ərəb dilin bilmir və nəticədə oxuduqları Quranın məğzini dərk etmirlər”. 
O, hesab edib ki, ölkədə yeni nəsil din xadimlərinin hazırlanmasına ehtiyac var: “Bu dini xadimlər ilk növbbədə Azərbaycançılıq idyelogiyasına xidmət etməlidirlər. Həmçinin, İslam və onun tarixini yaxşı bilməlidirlər. Bunlar İslam aləminə daxil olan millətləri moderinləşdirmə istiqamətində irəliyə aparmalıdırlar. Hər kəs maraqlı olmalıdır ki, cəmiyyət inkişaf etsin”
 
Müsavat.com. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12514

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031