"Hədəfimiz iki dəfə böyüməkdir"

16.02.2014 - 13:40

“Hədəfimiz iki dəfə böyüməkdir”

AXCP Ali Məclisi növbəti sessiyasını keçirir

Fevralın 16-da AXCP Ali Məclisinin növbəti sessiyası işinə başlayıb. Sessiyanın gündəliyinə ictimai-siysi vəziyyətin müzakirəsi, təşkilati və cari məsələlər daxildir.
Əvvəlcə AXCP Şamaxı şəbəsinin Ali Məclisə üzv seçdiyi Bahadır Məmmədovun səlahiyyətlərinin təsdiqinə baxılıb və müsbət qərar verilib.
Sonra AXCP sədri Əli Kərimli ictimai-siyasi vəziyyətlə bağlı məruzə edib.
Əli Kərimli əvvəlcə Milli Şura ilə bğlı fikirlərini çatdırıb. “Biz axırıncı sessiyada Milli Şuranın tleyini müzakirə edirdik. Bilirdik ki, Müsavat partiyası Milli Şurdan getmək istəyir. Biz də istəyimizi bildirdik ki, Müsavat Milli Şuranı tərk etməsin, müxalifətin böyük birliyində qalsın.
Amma Müsavat Milli Şuranı tərk etdi və bundan sonra çox cəhdlər oldu ki, Milli Şuranın dağıldığı təəssüratı yaransın. Hökumətin bütün mediası bu işlə məşğul oldu. Lakin biz və Milli Şuradakı sabitqədəm müttəfiqlərimiz bu təəssüratın yaranmasına imkan vermədik. 
Milli Şuranın sədri Cəmil Həsənlinin, ziyalıların, gənclərtin, ictimaiyyət nümayəndələrinin sədaqətli mövqeyi olmasaydı bu qurumu qoruyub saxlaya bilməzdik. Onlara təşəkkür edirik ki, birlikdə Milli Şuranı böhrandan və dağılmaqdan qoruya bilmişik”, – deyə AXCP sədri bildirib.
Əli Kərimli qeyd edib ki, indi daha da güclənmək, böyümək üçün əlverişli zəmin var. Bu, ilk növbədə beynəlxalq aləmin Azərbaycanın demokratikləşməsi məsələsinə müsbət mənada dəyişən münassibəti ilə bağlıdır. Beynəlxalq aləmdən İlham Əliyev hakimiyyətinə qarşı indiyədək görünməyən təzyiq var. 
AXCP sədri bu xüsusda Azərbaycanın hakim ailəsi, ona yaxın olan çevrələr və ayrı-ayrı oliqarxları ilə bağlı intensivləşən korrupsiya ifşalarını, Avropanın rəsmi strukturlarında İlham Əliyev rejiminin avtoritar addımlarına qarşı sanksiya qərarlarını da əhatə edən tənqidi müzakirələri misal göstərib.
Əli Kərimli bugünlərdə Milli Məclis sədrinin Azərbaycana təzyyiqlərin artacağı barədə xəbərdarlığını xatırladaraq, bunun Əliyev hakimiyyətindən demokratiya və insan haqları tələblərinin artacağı demək olduğunu bildirib.
AXCP sədri hazırda xüsusən də sosial şəbəkələrin hesabına müxalifətin informasiya resursunun artdığını da qeyd edərək, bu sahədə fəaliyyəti gücləndirməyə çağırıb.
Əli Kərimli daha sonra AXCP-nin 2014-cü il fəaliyyət proqramının icrası məsləsinə də toxunub. Bildirib ki, fəaliyyət proqramına uyğun ciddi və dəqiq, gündəlik iş aparılmalıdır. 
“Qarşımızda ən mühüm hədəf bu il ərzində AXCP-nin indiki gücünü iki dəfə artırmaqdır. Bunun üçün rayon təşkilatları və bütün strukturlarında ikinci nəfəs açılmalıdır. Hədəflərimizin reallaşacağına və bunu etməyə bizdən şanslısının olmadığına dərindən inamımız olmalıdır. Xalq Hərəkatının veternları, orta nəsil təmsilçiləri ilə əlaqələr gücləndirilməlidir. Daha çox isə gənclərin partiyaya, onun rəhbər strukturlarına cəlb olunmasına diqqət yetirilməlidir. Yerlərdə Gənclər Komitələrinin formalaşmasına böyük önəm verilməlidir”, – deyə Əli Kərimli bildirib.
AXCP sədri çıxışının sonuda hakimiyyətin yürütdüyü siyasətə də toxunub, ölkənin sosial partlayışa sürükləndiyini qeyd edib. 
“Azərbaycanın istiqlaliyyətinə aidiyyatı olmayanlara “İstiqlal” ordeni verən, təqaüdləri 1-2 manat artıran, amma özünə 245 milyona təyyarə alan, dövlətin 1.5 milyard manatı hesabına tikilən Şahdağ kompleksini şəxsi təssərrüfatı kimi idarə edən bir ölkə başçısının idarə etdiyi ölkənin vətəndaşlarıyıq. Ölkədə demək olar ki, hər gün bir vətəndaş özünü dövlət idarələrinin binası qarşısında özünü yandırırsa, deməli, ölkə sosial prtlayış astanasındadır”, – deyə o bildirib.
“Azərbaycanı Avropa modelli dövlət olmağa qoymurlar, zorla Şərq nümunələrinə itələyirlər” deyən Əli Kərimli belə perspektivin bütövlükdə cəmiyyət, ilk növbədə isə hakimiyyətdəkilərin özü üçün  təhlükələr vəd etdiyini vurğulayıb və iqtidarı bu barədə düşünməyə çağırıb.

 

Azadləq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12520

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031