"İlham Əliyev reallıq hissini itirib"

17.02.2014 - 12:26

“İlham Əliyev reallıq hissini itirib”

“Hökumət düşmənin belə məğlub edib, sındıra bilmədiyi Qarabağ qazilərinin axırına çıxmaqda qərarlı görünür”
Fevralın 14-də ölkədə sosial problemlərdən dolayı intihara daha bir cəhd olub. Sumqayıtda I qrup Qarabağ əlili ev probleminə görə özünü İcra Hakimiyyətinin qarşısında yandırmaq istəyib.
AXCP sədri Əli Kərimli bu fakta münasibət bildirərək ölkə başçısını, hökuməti və parlamenti sərt şəkildə suçlayıb. O, Facebook səhifəsində yazıb:
“İlham Əliyev reallıq hissini itirib. Ölkədə hər gün maddi çətinlik altında əzilən insanlardan hansısa dözə bilməyib intihar edir. Hökumət düşmənin belə məğlub edib, sındıra bilmədiyi Qarabağ qazilərinin axırına çıxmaqda qərarlı görünür. Sumqayıt sakini, 1-ci qrup Qarabağ əlili Məcidov Malik Qardaşxan oğlu da özünü Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında yandıraraq intihara cəhd edib. Hökumət və parlament özünü kar və kor kimi aparır. İlham Əliyevin isə gündəmi tam başqadır. 245 milyon dollarlıq təyyarə alır, istiqlaliyyətimizə zərrə qədər aidiyyəti olmayan qayınatasına “İstiqlal” ordeni verir. Hər fürsətdə nümayiş etdirir ki, bu ölkə vətəndaşının faciələrinin ona dəxli yoxdur”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12524

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031