"Mən camaatı qızışdırmıram"

17.02.2014 - 13:29

“Mən camaatı qızışdırmıram”

“Bu çox absurd məsələdir. Siz necə inanırsınız ki, mən doğrudan da elə şey deyə bilərəm? Həm də 25 il əvvəl rəhmətə gedən adama müraciət eləmələrini istəyərəm? Buna inanmaq mümkün deyil”.
 
Bu sözləri “Axar.az”a açıqlamasında Məşədi Dadaş məscidinın axundu Hacı Şahin barəsində “Sovetskidə evləri sökülən camaatı qızışdırır” ittihamlarını cavablandırarkən deyib. O bildirib ki, bu cür şeylərə inanmaq lazım deyil və bu cür ittihamların yer aldığı məktubu yazan insanlar bunu məqsədli şəkildə edirlər:
 
“Radikal cərəyanlara qarşı tutduğumuz mövqedən, ələxsus da Qafqaz Müsəlmanları İdarəsində keçirilən müzakirədən sonra bizə qarşı belə ittihamlar çoxalıb. Müvəqqəti kəbin məsələlərini gündəmə gətirirlər, müxtəlif şeyləri uydururlar. Bütün bunların hamısı bizim radikal dini ekstrimistlərə qarşı tutduğumuz mövqeyə görədir. Kimisə gözdən salmaq üçündür. Belə bir şey ola bilməz ki, biz Xomeyniyə məktub yazaq və ya kiməsə müraciət edək. Bunun bizə heç bir aidiyyəti yoxdur. “Sovetski” camaatının problemi sosial məsələdir. Onun  üçün mənim rəhmətə getmiş Xomeyniyə məktub yazdırmaq çağırışım tamamilə absurd məsələdir”.
 
Hacı Şahin Azərbaycandan olan şiələrin Suriyaya döyüşməyə getməsindən də danışdı:
 
“Kimlərsə yalançı siyahı düzəldib mediaya ötürür və yazırlar ki, guya bizim məzhəbdən olan insanlar da gedib orda döyüşür və s. Bunların hamısı yalandır və yenə deyirəm ki, məqsədli şəkildə gözdən salmaq üçün həyata keçirilir.”
 
Məşədi Dadaş məscidinin axundu onun 500 insanı siğə etməsi xəbərindən də danışdı:
 
“Mənim adımdan yazırlar ki, il ərzində 500 nəfəri müvəqqəti siğə etmişəm və hərəsindən 10 manat pul almışam. Bunların hamısı haqqımda pis fikir formalaşdırmaq üçündür”.
 
Xatırladaq ki, “Axar.az”ın ünvanına göndərilən məktubda Azərbaycan şiələri içərisində nüfuz sahibi olan  Hacı Şahin haqqında “Sovetski”dəki əhalinin qızışdırması ittihamı əksini tapmışdı.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12526

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031