Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

05.12.2018 - 14:15

Son iki ildə həyata keçirilən layihələr səfirliyimizin fəaliyyəti haqqında nələr deyir?

Ölkələr arasında siyasi-diplomatik münasibətlərin inkişafında səfirlik institutunun rolu olduqca böyükdür. Lakin bu da bir həqiqətdir ki, yalnız siyasi münasibətlərin tənzimlənməsi və inkişafı ilə yanaşı, həm də öz xalqlarının milli-mənəvi dəyərlərinin, mədəniyyətlərinin təbliği baxımından da onların üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan Azərbaycanın Ukraynadakı səfirliyinin son illər həyata keçirdiyi layihələr, xalqımızın, dövlətimizin maraqlarının qorunması, onun tarixi və mədəniyyətinin təbliği baxımından həyata keçirdiyi işlər sözün həqiqi məansında təqdirəlayiqdir.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə görülən işlərin miqyasını anlamaq üçün bəzi nüasnlara diqqət yetirmək kifayətdir.

 

Son iki ildə Azərbaycanın Ukraynadakı səfirliyi  tərəfindən  dost ölkədə Azərbaycanla bağlı  bir sıra mədəni  layihələr həyata keçirilib. Belə ki, 2017-ci ildə Kiyev şəhərinin mərkəzində  Azərbaycan-Ukrayna dostluq parkı açılaraq, yerli sakinlərin ixtiyarına verilib. Ötən il Lvov şəhərindəki 1-saylı Klinik xəstəxananın nəzdində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına müasir avadanlıqlarla təchiz olunmuş oftalmoloji mərkəz açılb. Bu ilin iyul ayında  Kiyevin əsas mərkəzi küçələrinin kəsişdiyi yerdə Müslüm Maqomayev adına istirahət parkı salınıb. Orada dahi Azərbaycan oğlunun 8 metrlik abidəsi ucaldılıb. İyulun 18-də  Azərbaycan  və Ukraynanın mədəniyyət nazirlərinin iştirakı ilə həmin parkın təntənəli açılışı olub.

 

Bu il iyunun 22-də Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Ticarət Evinin də açılışı reallaşıb. Açılış mərasimində hər iki ölkənin iqtisadiyyat nazirləri iştirak edib. Bununla yanaşı, səfirliyimizin təşəbbüsü ilə  şəhərin digər mərkəzi parklarından birinə Nizami Gəncəvinin adinın verilməsi ilə bağlı Kiyev Şəhər Meriyası qərar çıxarıb.  Yaxın gələcəkdə o parkda  Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin  inşa olunacağı nəzərdə tutulub. Orada dahi Azərbaycan  şairinin abidəsidə ucaldılacaq.

Ukraynadakı səfirliyimiz gördüyü işlər bununla yekunlaşmır. Hazırda səfirliyimizin ərazisində  diplomatik korpusumuzun əməkdaşları üçün yaşayış binası inşa olunur ki, tikintinin  gələn ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

 

Azərbaycanın Ukraynadakı səfirliyi həmçinin  ermənilərin son iki əsrdə xalqimiza və torpaqlarımıza qarşı həyata keçirtdikləri  işğalçılıq və soyqrım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Belə ki, səfirliyin təşəbbüsü ilə son iki ildə  Xocalı soyqrımı ilə bağlı silsilə tədbirlər həyata keçirilmiş, Ukraynanın müxtəlif vilayət və şəhərlərinin mərkəzi hissələrində   fevral ayının 10-dan sonunadək  Xocalıya ədalət biqbordları yerləşdirilmişdir.

 

Bununla yanaşı,  Ukraynanın hava limanında  ənənəvi olaraq Azərbaycan mədəniyyət günləri təşkil olunur. Kiyev şəhərindəki Heydər Əliyev adına istirahət parkında  2017-ci il may ayının 10-dan başlayaraq  Etno-Caz festifalının  keçirilməsi  milli-mənəvi dəyərlərimizin Ukraynada təbliğ olunmasında  müstəsna rol oynayır. Səfir Azər Xudiyev  Moldovada diplomatik nümayəndə işləyərkən Kişinyov şəhərinin mərkəzində Nizami Gəncəvi adına parkın salınmasına və orada dahi Azərbaycan şairinin abidəsinin ucaldılmasına müfəffəq olub. Həmin park 21 aprel 2005-ci il tarixində Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin Moldovaya rəsmi səfəri çərçivəsində açılaraq yerli sakinlərin ixtiyarına verilib.

 

Azər Xudiyev ölkəmizin  Sloveniyadakı  müvəqqəti işlər vəkili olduğu dövrdədə Azərbaycanla bağlı bir sıra  mədəni layihələr həyata keçirib. Belə ki, 2015-ci ildə Lyublyana şəhərinin mərkəzində  diplomatik nümayəndəliyimiz tərəfindən Nizami Gəncəvinin abidəsinin, 2016-ci ildə isə əfsanəvi partizan Mehdi Hüsüynzadənin abidəsinin  ucaldılması tarix boyu Azərbaycanla  Slovenya xalqları arasında mədniyyət körpüsü rolunu oynayacaq. Onu da qeyd edək ki, diplomatik nümayəndəliyimizin müraciəti ilə  Sloveniya parlamenti 2015-ci ildə Xocalı Soyqrımı ilə bağlı qərar qəbul edib.

Bütün bunlar Ukraynadakı səfirliyimizin dövlətimizin maraqları baxımından yorulmadan çalışdığını, bu istiqamətdə örnək fəaliyyət ortaya qoyduğunuz göstərir.

Ümdi edirik ki, Ukraynadakı səfirliyimiz bu yöndəki fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək və dövlətimiz adına yeni-yeni müvəffəqiyyətlərə imza atacaq.

Seymur ƏLİYEV

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125278

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31