Sumqayıtda özünü yandıran qazini "dəlixanaya" salıblar
Sumqayıtda özünü yandıran qazini “dəlixanaya” salıblar
Malik Məcidov “Azadlıq”ın əməkdaşı ilə söhbətində nələr dedi?
Fevralın 15-də Sumqayıt İcra Hakimiyyətinin binası qarşısında sosial problem səbəbindən özünü yandırmaqla intihara cəhd edən I qrup Qarabağ əlili Malik Məcidov Ruhi Əsəb Dispanserinə salınıb. Bu barədə “Azadlıq” qəzetinə Malik Məcidovun özü deyib.
Əməkdaşımız Qarabağ qazisi ilə telefon əlaqəsi saxlamaq imkanı əldə edib və onun durumu ilə maraqlanıb.
Məcidov cavabında deyib ki, özünü yandırmaq istədiyi gün, yəni fevralın 15-də hadisədən sonra onu Sumqayıt Ruhi Əsəb Dispanserinə aparıblar və hazırda oradadır. Bildirib ki, onu “dəlixanaya” saldıran Sumqayıtın icra başçısıdır və hazırda oradan çıxmasına da mane olur.
Qarabağ qazisi deyib ki, vəziyyəti yaxşı deyil, yaraları su verir və onu incidir. Salındığı “dəlixanada” isə təbii ki, onun normal müalicəsi mümkün deyil.
Ruhi Əsəb Dispanserindən dərhal buraxılmasını tələb edən Məcidov onu da əlavə edib ki, üzləşdiyi haqsızlıq aradan qaldırılmasa yenidən intihara əl atacaq.
Əməkdaşımızın Qarabağ qazisi ilə söhbətini az sonra təqdim edəcəyik.
azadliq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=12529