"Qarabağ qazilərinə qarşı bu cür davranış yolverilməzdir"

18.02.2014 - 10:57

“Qarabağ qazilərinə qarşı bu cür davranış yolverilməzdir”

Akif Nağı: “Haqqını tələb edən qazilərə belə münasibət Azərbaycanın imicinə də ziyandır”
 
Fevralın 15-də Sumqayıt Şəhər Icra Hakimiyyətinin binası qarşısında sosial problemlər üzündən üstünə benzin tökərək özünü yandırmağa cəhd edən I qrup Qarabağ əlili Malik Məcidov Ruhi Əsəb Dispanserinə salınıb. Bu barədə “Azadlıq”a Malik Məcidov özü məlumat verib.
Sumqayıtın icra başçısı Eldar Əzizovun göstərişilə “dəlixanaya” salındığını deyən Qarabağ qazisi bildirib ki, dispanserdən buraxılmasa, üzləşdiyi haqsızlıq aradan qaldırılmasa, yenidən intihara əl atacaq.
Baş verənlərlə bağlı fikirlərini bölüşən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Azadlıq”a açıqlamasında deyib ki, Qarabağ əlillərinin problemləri diqqətdən kənarda qalıb.
“Dövlət torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirmiş insanların qayğısına qalmalıdır. Bu məqsədlə təxirəsalınmaz tədbirlər görülməli, onların müəyyən tələbləri yerinə yetirilməlidir. Mən özünü yandıran Qarabağ qazisi Maliklə telefonla əlaqə saxladım. Onda hələ  psixiatriya dispanserində idi. Qazilərə qarşı bu cür metodlarla çıxış etmək qətiyyən düzgün deyil. Haqqını tələb edən qazilərə belə münasibət Azərbaycanın imicinə də ziyandır. Qarabağ uğrunda sağlamlığını itirmiş adamların tələbləri mütləq nəzərə alınmalıdır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12530

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031