"Əliağa Hüseynov gözüm önündə Rəhim Qazıyevin dizindən öpdü…"

19.02.2014 - 12:45

“Əliağa Hüseynov gözüm önündə Rəhim Qazıyevin dizindən öpdü…”

“Əliağa Hüseynovun Rəhim Qazıyevin qarşısında diz çöküb ağladığının və dizlərindən öpdüyünün şahidi olmuşam”.

Bunu virtualaz.org-a açıqlamasında 1992-93-cü illərdə Daxili Qoşunların komandanı olan Fəhmin Hacıyev deyib.

F.Hacıyev bir neçə gün əvvəl sabiq müdafiə naziri Rəhim Qazıyevin keçmiş baş hərbi komissar Əliağa Hüseynov haqda fikirlər səsləndirərkən onun adının hallandırmasına münasibət bildirib.

F.Hacıyev Rəhim Qazıyevin dediyi kimi Əliağa Hüseynovun yanına adam göndərdiyini təsdiqləyib: “Əvvəla, onu deməliyəm ki, 1992-93-cü illərdə – Daxili Qoşunların komandanı olduğum dövrdə Müdafiə Nazirliyi və hərbi komissarlıqlar Daxili Qoşunların komplekləşdirilməsinə hər cür maneələr törədir, Daxili Qoşunlara müddətli çağırışçıların və ehtiyatda olan könüllü çağırışçıların verilməsini təmin etmirdilər. Bu işdə ən çox canfəşanlığı Əliağa Hüseynov göstərirdi. Onunla dəfələrlə telefonla danışığıma baxmayaraq Əliağa Hüseynov ordu quruculuğuna qarşı təxribatlarını dayandırmırdı. Bütün əməllərini də Rəhim Qazıyevə arxalanaraq edirdi. Biz məcburiyyət qarşısında qalaraq hərbi hissələrin komplektləşdirilməsi işini vətəndaşların ərizələri və Müdafiə Nazirliyinin hissələrindən qaçmağa məcbur olmuş əsgərlərin toplanması hesabına həyata keçirirdik. Bu işdə bizə hərbi komissar Şakir Nağıyev gizli kömək edirdi. Əliağa Hüseynovla telefon danışıqları fayda vermədiyindən onu qəbuluma çağırdım. Gəlməkdən imtina etdi. Sonda onun yanına baş leytenant Rafiq Qaçayevi göndərdim ki, ona etdiyi təxribatların nəticəsinin pis olacağını anlatsın və əgər inadından dönməsə, yanıma gətirilməsini təmin etsinlər”.

F.Hacıyev qeyd etdi ki, Daxili Qoşunların əməkdaşları Əliağa Hüseynovun yanına gələndə onları artıq gözləyirmişlər: “Onları tərksilah edərək Rəhim Qazıyevin yanına aparmışdılar. Rəhim Qazıyevin kabinetində Daxili Qoşunların zabitlərinə işgəncə verilərək əleyhimə izahat almaq istəmişdilər. Mən Rəhim Qazıyevin qəbuluna getdim və zabitlərdən Rəhim Qazıyevlə Əliağa Hüseynovun istədikləri kimi izahat yazmalarını əmr etdim. Çünki həmin anda mənim üçün zabitlərimin şərəfini qorumağım daha önəmli idi”.

F.Hacıyev Əliağa Hüseynovun Rəhim Qazıyevin qarşısında ağlaması xəbərini də təsdiq edib: “Rəhim Qazıyevin Əliağa Hüseynov haqqında dediklərinin doğru olduğuna inanıram. Çünki Əliağa Hüseynovun Rəhim Qazıyevin qarşısında diz çöküb ağladığının və dizlərindən öpdüyünün şahidi olmuşam. Əliağa Hüseynov 1988-ci ildən milli-azadlıq hərəkatının əleyhdarı olub və ordumuzun yaradılmasına hər fürsətdə əngəl törədib. Təkcə Daxili Qoşunlara qarşı etdiyi təxribatlara görə Əliağa Hüseynov ən azından hərbi tribunal qarşısında cavab verməli idi. Əliağa Hüseynov məhkəmədə üzümə yalandan durmuş və tabeliyində olan zabitləri yalan ifadə verməyə məcbur etmişdi. Vaxtilə milli hakimiyyətin devrilməsində canfəşanlıq edən dostlar nəyi bölüşə bilmirlər ki?”

Xatırladaq ki, sabiq müdafiə naziri Rəhim Qazıyev mətbuata açıqlamasında keçmiş baş hərbi komissar Əliağa Hüseynov barədə maraqlı açıqlamalar vermişdi. R.Qazıyev Əliağa Hüseynovun ona zəng edərək qorxudan hönkür-hönkür ağladığını demişdi. 

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12534

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031