Bakcell-dən kiçik və orta biznesə dəstək

07.12.2018 - 13:13

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti bu günlərdə keçirilən “Bakutel-2018” sərgisindəki stendində innovasiya və texnologiyaları nümayiş etdirməklə yanaşı, startapları, kiçik və orta biznesi təmsil edən şirkətlərin tədbirdə iştirakını təşkil edib.

“KOB Dəstək” proqramı çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə təşkil olunmuş stenddə “Bakcell”in dəstək göstərdiyi “hesab.az”, “iticket”, “e-mobile” və bir neçə digər şirkətin göstərdiyi xidmətlər nümayiş olunub.

Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan “Hesab.az” “Bakcell”in uzunmüddətli biznes tərədaşlarından biridir. Öz sahələrində ən innovativ xidmətlərlə seçilən “iticket” və “e-mobile” isə “Bakcell”ə marketinq və reklam xidmətləri göstərən şirkətlərdir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell müxtəlif sosial yönümlü və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verir. Gələcəkdə bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlığın genişləndiirlməsi nəzərdə tutulur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125359

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930