"Sovetski" ilə bağlı yeni şərtlər tərtib olunur – Maraqlı Faktlar

19.02.2014 - 17:37

“Sovetski” ilə bağlı yeni şərtlər tərtib olunur – Maraqlı Faktlar

Kiçik kvadratlı mənzillərin sahiblərinə ev veriləcək, 50 km.m-dən yuxarı evlərin sahibləri üçün isə qiymətlər həcmə görə dəyişəcək 
“Sovetski” camaatına kompensasiyaların verilməsi dayandırılıb. Bu barədə Politika.az-a sakinlər məlumat veriblər. Onlar prosesin bu gündən başladığını və dünən keçirilən görüşdən sonra qərarlaşdırıldığını vurğulayıblar. 
Aldığımız məlumata görə, hökumət sözügedən yaşayış məntəqəsinin sakinlərinə veriləcək kompensasiyanın yenidən hesablanması üçün komissiya yaradıb. Həmin komissiyaya edilən təkliflərdə bir sıra maraqlı məqamlar var. Politika.az-a çatan bilgilərdə qeyd olunur ki, “Sovetski”də mənzil sahiblərinə kompensasiyalar müxtəlif formalarda veriləcək. Belə ki, kiçik həcmli evlərin sahiblərinə şəhərin müxtəlif yerlərində mənzillər veriləcək. 
Evinin həcmi 30-50 km.metr olan vətəndaşlara isə 3000 manatdan pulun ödənilməsi nəzərdə tutulub. Sahəsi 50 -80 kv.m-dən çox olan mənzillərin sahibləri isə 2500 manatdan pul ala biləcəklər. Lakin sahəsi 80 kv.m-dən çox olan mənzillərin sahibləri isə pullarının yalnız 80 km.m-ə qədər olan hissəsini ala biləcəklər. Ondan artıq hissənin məbləği isə banklara yerləşdiriləcək və onun sahibi olan şəxsə ayda 2000 manatdan artıq istifadə hüququ tanınmayacaq. Lakin həmin şəxs mənzil almaq istəyərsə, köçürmə yolu ilə bu pulu ödəmək haqqına sahib olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=12541

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930