Mikayıl Cabbarov Abel Məhərrəmovu "vurdu"

21.02.2014 - 11:16

Mikayıl Cabbarov Abel Məhərrəmovu “vurdu”

Nazir Nazirlər Kabinetinin universitetdə tətbiqində yol verən rektoru dolayısı ilə tələbələri soymaqda ittiham edib 
Ötən gün BDU-nun tələbələri etiraz aksiyası keçirərək, kəsir üçün onlardan pul tələb etmələrinə qarşı çıxıblar. 500-dən çox tələbənin iştirak etdiyi aksiya dağıdılsa da, onun yenidən start götürəcəyinə kimsə təminat verə bilmir. Problemin kökü isə tələbələrdən kəsir adı altında pulun yığılmasıdır və bu işləri də universitet rektorları Nazirlər Kabinetinin qərarı ilə əsaslandırırlar. 
Politika.az xəbər verir ki, bu olaydan sonra Təhsil Nazirliyi açıqlama yayaraq, işin içində adlarının hallanmasından narahat olduqlarını bildiriblər. Nazirlikdən deyiblər ki, qərarı Nazirlər Kabineti verib və onların da vəzifəsi həmin qərarı icra etməkdir. Lakin Təhsil Nazirliyinin rəsmisi bəyan edib ki, həmin qərarda qeyri-adi heç nə yoxdur, amma universitet rektorlarının bu qərarı tətbiq edərkən yol verdikləri nöqsanlar isə kifayət qədər problem yaradır. Hətta nazirlik bununla bağlı bu gün BDU-da tələbələrlə görüş də keçirərək, problemin mahiyyətini onlara izah edəcək. 
Qeyd edək ki, BDU-da keçirilən aksiyadan sonra verilən bu açıqlama elə həmin universitetin rektoruna hesablanmış addım idi. Daha doğrusu, nazir Mikayıl Cabbarov rektor deputat Abel Məhərrəmovu dolayısı ilə ittiham edərək, onu qərarın icrasını özü üçün biznesə çevirməsinə işarə vurub. Və yeni nazir bununla BDU-nun rektoruna çatdırmaq istəyib ki, pul yığmağın yeni forması barədə düşünsünlər, çünki gördükləri iş bərbaddır və artıq kənardan daha çox diqqəti çəkir.
(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12549

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031