Ziya Məmmədovun əmlakı "milliləşdirilir"

22.02.2014 - 10:16

Ziya Məmmədovun əmlakı “milliləşdirilir”

Son illər nəqliyyat nazirinin xeyli obyekti əl dəyişdirib; onun vaxtaşırı nağd pulla da imtahana çəkildiyi deyilir; bu yaxınlarda nəqliyyat şefinə hakimiyyətin xarici təhlükələrdən qorunması adı altında xeyli nağd vəsait ödətdirilib
Nəqliyyat naziri Ziya Məmmədova məxsus biznes strukturlarının “milliləşdirilməsinə” start verilib. Proses 2012-ci ilin sonlarından başlayıb və hazırda davam edir. Ziya Məmmədova məxsus biznes strukturlarının bir hissəsi “Bakı” Futbol Klubunun prezidenti, Bağlan-Holdinqin sahibi Hafiz Məmmədovun kurasiyasına keçib. Bu barədə “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.
İndiyə qədər də nəqliyyat nazirinə məxsus biznes strukturlarının əlindən alınması ilə bağlı məlumatlar var idi. Ötən ilin yanvarında nazirə məxsus “Bank of Azerbaijan” ASC-nin səhmlərinin ondan alınaraq, bankdakı şəriki Hafiz Məmmədova verilməsi barədə iddialar rəsmən təsdiqini tapdı. O vaxta qədər bankın əsas səhmdarı nazirə məxsus “ZQAN Holding” (indi adı dəyişdirilərək “Qaranat Holdinq” olub) idi. Ötən ilin yanvarında holdinqin səhm paketi H.Məmmədovun oğlanlarına verildi. Alqı-satqı faktını mediaya açıqlamasında holdinqin İdarə Heyətinin sədri Vaqif Həsənov təsdiqləmişdi:
“Demək olar ki, “Bank of Azerbaijan” artıq “ZQAN Holding”in tərkibində deyil. Biz payı tərəfdaşımıza – digər səhmdara satmışıq. Bu, bir neçə fiziki şəxsin daxil olduğu strukturdur. Sövdələşmə ötən ilin (2012-ci ilin – red.) ortalarında başlayıb. Yeni sahib artıq bankı tam idarə edir. Biz inkişaf etmək və sektorların birində birinci olmaq istəyirik. Hazırda holdinq ərzaq sektorunu prioritet hesab edir”.
(musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12554

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031