"Hakimiyyət ağlını başına yığıb islahatlar aparmalıdır, yoxsa…"

22.02.2014 - 10:38

“Hakimiyyət ağlını başına yığıb islahatlar aparmalıdır, yoxsa…”

Ukraynadakı proseslər gərginləşdikcə məlum olayların Azərbaycanda təkrarlanma ehtimalı da aktuallaşmaqdadır 
Bəzi siyasilər hesab edir ki, Ukrayna hadisələri Azərbaycandakı demokratik qüvvələrin daha aktiv mübarizəsi üçün mənəvi-psixoloji baxımdan sitimul rolu oynaya bilər.
Moderatora açıqlama verən İctimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli Ukrayna və Azərbaycan arasındakı oxşar və fərqli cəhətlərlə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycan xalqının qəhrəman xalq olduğu haqda düşüncəmdə heç zaman tərəddüd yaşamadım. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan enerji ölkəsidir və biz həm 
də müsəlmanıq. Azərbaycandakı rejim isə Ukraynadakından çox fərqlidir. Birincisi, 
UkraynadaYuşenkonun sayəsidə ən demokratik seçkilər keçirilib və Yanukoviç seçilib. İkincisi, Ukrayna xalqı ruslara bizim xalqımızdan daha çox nifrət edir. Üçüncüsü, Yanukoviç hələ birinci dönəm prezidentliyini başa vura bilməyib. Dördüncüsü, Ukrayna Azərbaycan qədər zəngin deyil ki, Yanukoviç müxalifətin 90%-ni pulla susdura bilsin. Beşincisi, Ukrayna 
Avropaya bizdən çox yaxın və doğmadır-həm də hər mənada. Altıncısı, Ukraynada millətçilik indi Azərbaycandakından qat-qat güclüdür. Bütün bu faktlar Ukraynadakı hadisələrin inkişafına təsir edir. Hələ bir də nəzərə alsaq ki, keçmiş baş nazir Timoşenko həbsdədir və ordan hadisələrə ciddi təsir edir, mənzərə xeyli aydınlaşar. Mən Azərbaycanda Ukraynadakı vəziyyətin yaranmasını əsla arzulamıram. Ona görə ki, Azərbaycanda hakimiyyətə olan nifrət 
Ukraynadakından qat-qat güclüdür. Əgər hakimiyyət ağlını başına yığıb islahatlar aparmasa, gec və ya tez Azərbaycanda daha dəhşətli nəticələr ortaya çıxacaq. O zaman çox gec olacaq”.(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12555

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031