Əliyev "məngənə"dən hücum edir

22.02.2014 - 11:07

Əliyev “məngənə”dən hücum edir

Ukrayna prosesləri Azərbaycan hakimiyyətini çaşqınlığa salıb, səhv addımlara sürükləyir 
 
Azərbaycanda “agent siyahısı” və “Verbovka” skandalı böyüdükcə Ukraynada müxalifət və hökumət qüvvələri mövqe savaşı aparırlar. Azadlıq uğrunda ölümlər olur. Bu iki olayın bir-biri ilə, əlbəttə, əlaqəsi var. Dünyanın yeni düzən savaşı verdiyini illərdir ki, yazırlar, yazırıq. Bu olayların həm də Suriyada baş verənlərlə əlaqəsi var. Bu barədə də yazmağa, düşünməyə dəyər. Əlbəttə, bir qədər də dərinə gedib dünyada baş verməkdə olan olayların əsil cəbhələrini göstərmək də olar. Amma bu günün əsas məsələsi görünən dağın arxasındakı olayları çatdırmaqdır. 
Suriya Qərb cəbhəsini parçaladı 
ABŞ Suriyada gedən prosesləri tezliklə yekunlaşdıra bilmədi. Hazırkı situasiya göstərir ki, buna təkcə Iran mane olmayıb. Qərbin daxilində də bu məsələyə dair yekdil fikir yox idi və müzakirələr elan olunan mövqelər də bunu deməyə əsas verirdi, AB, xüsusilə Fransa və Almaniya çox ehtiyatlı idilər. Türkiyənin ABŞ-ın tək müttəfiqi kimi bu prosesdə aktivliyi isə vəziyyəti birtərfli qaydada çətinləşdirirdi. Indi Suriyada baş verən olayların çox xırda miqyasda oxşarı Ukraynada baş verir. Insan tələfatının metodologiyası olmur. Bu baxımda da “şərçilər” silahların və metodların fərqindən daha çox nəticəyə diqqət yetirməlidirlər. 
Ikinci cəbhə – Ukraynada proses niyə uzanır?
Şübhəsiz ki, Suriyada da, Ukraynada da Qərb əleyhində açıq oyunçu Rusiyadır. Əlbəttə ki, bir qədər böyük mənada Çin faktorundan danışmaq olar. Amma Pekin hələ ki, heç kimlə qarşılaşmaq barədə düşünmür. Onun irəliləmək metodu tamamən fərqlidir və buna görə də hazırkı mübarizələrin məntiqi ilə heç cür uzlaşdırmaq olmur. Kreml isə açıq bəyanatlarla öz mevqiyini ortaya qoyur və görünür ki, təkcə bəyanatlarla da kifayətlənmir. Yanukoviçin ətrafı, demək olar, silahı yerə qoyub. Indi diktator özünün hökumətinə elə bir baş nazir axtarır ki, baş verənlər barədə bəyanatlar verə bilsin. Amma belə bir adam tapmaq çətinləşib. Görünür ki, Qərb diplomatlarının açıqlamalarında da olduğu kimi, indi Yanukoviçin şəxsi mübarizəsi gedir. O, meydanda tək qalıb və proseslərin belə aqressiv müstəviyə keçməsi diktatora çevrilməkdə olan Viktorun arxayınçılıq hisslərini qorxu hisslərinin əvəz etməsdir. Proses o qədər sürətli gedir ki, o bir neçə gün ərzində Avrointeqrasiya əleyhdarı, sonra diktator və aqressor oldu. Arxasınca isə sürətlə tarixə qovuşmaq gələcək. 
Azərbaycanla nə əlaqəsi? 
Azərbaycanda isə bu günlərdə dartışılan mövzu “Xaricilərlə əlaqələr” məsələsidir. Ilham Əliyev bir müşavirədə məmurlarını vətənə sədaqətə çağırdı. Analitiklər hesab etdilər ki, bu mövzu ictimailəşmək səviyyəsindədirsə,  deməli, hökumətin əhəmiyyətli fiqurları ilə Qərb strukturları arasında əlaqələr var. Bundan əlavə, bir neçə gündür maliyyə amnistiyasına dair söz-söhbət dolşır. Belə fikirlər var ki, Qərb ölkələrində mülkiyyəti olan məmurları onların təsirindın qurtarmaq üçün Əliyevin texnoloqları onlara bir balaca kələk gəlmək fikrindədir. Yəni maliyyə amnistiyası verməklə onların sərvətlərini rəsmiləşdirmək üçün ölkəyə qaytarmalarını təmin etmək və bununla da xarici təsirdən qorunmaq. Amma bu da unudulur ki, uzun zamandır məmurlar hakim ailə tərəfindən vaxtaşırı “şmon” edilirlər və heç kim, öz sərvətini ölkəyə gətirib təhlükəyə atmaz. Yəni Ukraynada baş verənlərin başqa bir forması Azərbaycan üçün də artıq açılmazdır. Bunun ardından isə jurnalist Xədicə Ismayılın xarici diplomatlarla görüşünün səs yazısı istintaqa verilib. Bu isə yuxarıdaki məslənin kötək variantıdır. Mənəvi şantaj hissəsi Ilham Əliyevin “vətənə sədaqət” çağırışıdırsa, kökə hissəsi maliyyə amnistiyası, kötək hissəsi isə bu cür səs yazıları ilə şantajdır. Göründüyü kimi, Ilham Əliyev indi ciddi bir məngənədə sıxılmaqdadır. Amma o, son hücumlarını etməklə vəziyyəti dəyişə biləcəyini düşünür. Təbii ki, bu cür isterik vəziyyətlərdə yaxşı düşünə bilmək və düz qərar vermək  ehtimalını sadəcə təbəssümlə qarşılamaq olar. (azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12556

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031