Kərəm Həsənovun Novxanı projesi: laçınlı köçkünlər komitə sədrini necə sevindirdi?

18.12.2018 - 09:41

Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovla bağlı cumhuriyyet.az-a maraqlı informasiya daxil olub. Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Bakının Novxanı çimərliyi sahilindəki məcburi köçkün düşərgələrindən birində məskunlaşan laçınlı məcburi köçkünlərin bir neçə ay öncə Masazıra köçürülməsi komitə sədrinin əməllli-başlı sevincinə səbəb olub. K.Həsənovun sevincinə səbəb olan məqam isə məcburi köçkünlərin tərk etdiyi ərazinin satış üçün ideal ərazidə yerləşməsi ilə bağlıdır.
Sən demə, Novxanı çimərliyinin ən perestijli yerində yerləşən, ən bahalı bağ massivləri ilə eyni relyefdə yer alan köçkün düşərgəsi çoxdan bəri komitə sədrinin diqqətini cəlb etsə də, bu əraziləri satışa çıxarıb “həzm-rabedən” keçirmək üçün fürsət yenicə yaranıb. Oxuculara aydın olsun deyə cumhuriyyet.az olaraq bildirək ki, bir neçə ay bundan öncə ölkə başçısının qayğısı sayəsində “Şəfəq” adlı məcburi köçkün düşərgəsində qəzalı mənzillərdə yaşayan məcburi köçkünlər Masazırda onlar üçün inşa edilən yeni, müasir mənzillərə köçürüldü ki, bununla da adıçəkilən düşərgə tamamilə boşaldı. Kifayət qədər geniş əraziyə malik olan, bütün kommunukasiya xətlərinin mövcud olduğu, sovet dönəmində pioner düşərgəsi kimi fəaliyyət göstərən düşərgə tamamilə K.Həsənovun ixtiyarına keçdi.
Mənbənin məlumatına görə, yaranmış vəziyyətdə fürsəti fövtə verməyən komitə sədri artıq öz planlarını həyata keçirmək üçün konkret adddımlar atmağa başlayıb. Belə ki, düşərgənin bir hissəsi imkanlı iş adamlarından birinə satılıb. Artıq həmin ərazidə fərdi mənzil də inşa edilib.
Mövzu diqqətimizdədir. Yaxın günlərdə cumhuriyyet.az sözügedən qaçqın düşərgə və onun ərazisində inşa edilən mənzilin şəkillərini oxucuların diqqətinə çatdıracaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125615

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2019
BE ÇA Ç CA C Ş B
« Dek    
 123456
78910111213
14151617181920
21222324252627
28293031