Ukraynada"Berkut" ləğv olundu

26.02.2014 - 10:46

Ukraynada “Berkut” ləğv olundu

Ukraynanın daxili işlər naziri “Berkut” xüsusi təyinatlı milis dəstəsinin ləğvi ilə bağlı əmr imzalayıb. 
AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, daxili işlər naziri Arsen Avakov bildirib ki, bununla bağlı əmri fevralın 25-də imzalayıb: “”Berkut” döyüşçüləri keçmiş hakimiyyətlə müxalifət arasında qarşıdurmalarda iştirak ediblər. Məlum hadisələr zamanı “Berkut”çular qazdan, səsli qumbaralardan və rezin güllələrdən geniş istifadə ediblər. Aksiya iştirakçıları bu qrupun döyüşçülərini mitinqləri dağıdan zaman vətəndaşlara qarşı qəddar davranmaqda, xəsarət yetirməkdə ittiham ediblər. Həmçinin, müxalifət aksiya iştirakçılarının öldürülməsində də “Berkut”u günahkar sayırlar”. 
Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyinin “Berkut” xüsusi təyinatlı milis dəstəsi 1992-ci ildə formalaşdırılıb. 1990-cı illərdə bu dəstə ölkədə asayişin təmin olunması üçün mütəşəkkil cinayətkarlığa qarşı aparılan əməliyyatlarda iştirak edib. 
“Berkut” ötən ilin sonlarından başlayan “Maydan” hərəkatı zamanı təhlükəsizliyin təmin olunmasında yaxından iştirak etsə də, hadisələrin sonrakı mərhələsində hakimiyyətin etiraz edən xalq kütlələrinə qarşı “dəyənəy”i rolunu oynayıb. Bununla da “Berkut” Ukrayna cəmiyyətində öz nüfuzunu itirib. 
(musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12578

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930