Elman Rüstəmov "rüşvət məhkəməsin"dən təşvişə düşüb

27.02.2014 - 09:52

Elman Rüstəmov “rüşvət məhkəməsin”dən təşvişə düşüb

Baş bankir məhkəmədə adının çəkilməməsi üçün çabalar göstərir
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun vəziyyəti ürəkaçan deyil. Vyana prosesi baş bankiri bərk təşvişə salıb. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Elman Rüstəmov bu barədə həm yerli, həm də beynəlxalq mətbuatda geniş yazılmasından narahat olaraq bəzi addımlar atmağa başlayıb.
Təbii ki, baş bankir prosesi durdura bilməyəcəyinin fərqindədir. Lakin Elman Rüstəmov ən pis halda məhkəmədə konkret olaraq onun adının hallanmasının qarşısını almaq istəyir. Artıq iki prosesdir ki, rüşvət məhkəməsində Avstryanın Mərkəzi Bankının törəmə şirkəti, banknot çapı ilə məşğul olan OeBS şirkətinin nümayəndələri Azərbaycanda əlaqədə olduğu adamların adını çəkməkdən imtina edir. Şirkətin keçmiş satış direktoru əslən Rumıniyadan olan Raluka Tanasesku ötən proseslərdə bildirib ki, o ad çəkməyə qorxur. 
Raluka Tanasesku daha sonra deyib ki, 2011-ci ildə növbəti müqavilədən OeBS şirkəti ilə azərbaycanlılar arasında razılaşdırılmış 20 faizlik haqq ödənilməyəndə onu telefonda hədələdilər. 
Qadın ifadəsində təsdiq edib ki, Azərbaycan tərəfdən rüşvəti tələb edənlər həqiqətən Mərkəzi Bankdan idilər. Razılaşdırılmış rüşvət məbləği isə müqavilənin ümumi dəyərində yer alırdı(virtualaz.org).
“Azadlıq”a daxil olan məlumata görə, Elman Rüstəmov məhz buna çalışır ki, sona qədər məhkəmə prosesində ad çəkilməsin. Çünki Tanasesku ad çəkərsə, məsələnin daha da böyüməsi şübhəsizdir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12583

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031