Fərhad Məmmədov "Yeni Müsavat"ı məhkəməylə hədələdi – Cavab

28.02.2014 - 16:02
Fərhad Məmmədov “Yeni Müsavat”ı məhkəməylə hədələdi – Cavab

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov “Yeni Müsavat” qəzetinin 28 fevral tarixli sayında qeyri-mötəbər mənbə hesab olunan sosial şəbəkələrə istinadən dərc olunmuş “Prezident Administrasiyasında “gizli müxalifət” var?” başlıqlı məqaləyə  münasibət bildirib.
 
SAM-ın direktoru F.Məmmədov Publika.Az-a açıqlamasında deyib ki, “Yeni Müsavat” qəzetinin 28 fevral tarixli sayında qeyri-mötəbər mənbə hesab olunan sosial şəbəkələrə istinadən dərc olunmuş “Prezident Administrasiyasında “gizli müxalifət” var?” başlıqlı məqalə tamamilə iftira xarakterlidir:  “Həmin məqalədə adı çəkilən Mahir Zeynalov  Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı deyil və heç vaxt da olmayıb. Həmin məqaləni və orada yer alan cəfəngiyatı radikal müxalifətin, onların havadarlarının Azərbaycanın ali hakimiyyət orqanlarına və ayrı-ayrı məmurlara qarşı apardıqları çirkin böhtan və ləkələmə kampaniyasının tərkib hissəsi hesab edirəm. Bu uydurmalar, bədxah fəaliyyət ilk növbədə Azərbaycan dövlətçiliyinə qarşı həm daxildə, həm də onun hüdudlarından kənarda mənfi münasibətin formalaşmasına hesablanan uğursuz cəhdlərdir.
 
 SAM  və onun kollektivi Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövlətçiliyinə sədaqətini, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətə sadiqliyini sözdə deyil, əməli fəaliyyətində nümayiş etdirir. Azərbaycan Respublikasının daha da güclənməsi, qüdrətinin artması üçün həyata keçirdiyimiz genişmiqyaslı işlərə kölgə salmağa cəhd etmək istəyənlər səhv yolda olduqlarının fərqinə varmalıdır.
 
 
İşgüzar nüfuzumu zədələməyə hesablanan bu cür əsassız, sübut və dəlilsiz məlumatları mediaya ötürən və tirajlayan KİV-ləri məhkəməyə vermək hüququmu özümdə saxlayıram”.
SAM direktoru Fərhad Məmmədovun bu açıqlamasına “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan münasibət bildirib. O deyib ki, vəzifəli məmurların bu qədər dözümsüz olmasını təqdir eləmir. “Biz kimsəni təhqir etməmişik. Konkret olaraq sosial mediada yayılan mühüm bir mövzunu ictimailəşdirmişik. “Nurçu” olmaq iddiası nə zamandan təhqir hesab edilir? Əgər adları çəkilən məmurlar bunu özlərinə təhqir hesab edirlərsə,  cavab versinlər ki, “nurçu” “Yeni Müsavat”çılardır. Biz bunu təhqir bilmərik. Digər tərəfdən, ictimailəşdirilən mövzu hazırda çox aktualdır və həm qardaş Türkiyənin, həm də Azərbaycanın siyasi gündəminin ilk pilləsindədir. Bu baxımdan, bir qəzet olaraq biz bu mövzunun gətirə biləcəyi tirajı da nəzərə aldıq və hörmətli Fərhad bəyin reaksiyası da göstərdi ki, haqlıyıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=12594

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930