“Qarabağda müharibə hökmən başlayacaq, amma Bakı çox ciddi düşünüb addım atacaq…”

03.01.2019 - 01:04

Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi hökmən nə vaxtsa baş verəcək, amma nə vaxt baş verəcək, bunu əvvəlcədən demək çox mürəkkəbdir. Virtualaz.org xəbər verir ki, bu qənaətlə rusiyalı hərbi ekspert, hərbi və siyasi analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin erməni KİV-lərinə açıqlamasında çıxış edib.
Xramçixinə görə bu bir sıra amillərdən asılıdır, həm xarici, həm daxili amillərdən. Məsələn, Ermənistanla Rusiya arasındakı münasibətlərdən. Ekspert bu münasibətlərdə “mötədil böhran” hökm sürdüyünü və Kremlin Ermənistanın indiki hakimiyyətinə münasibətinin yaxşı olmadığını deyir. Onun fikrincə, Bakı üçün əlverişlidir ki, Ermənistanda hər şey qaydasında olmasın. Lakin hərbi əməliyyatların, əsl müharibənin başlanmasına dair qərar verməl üçün həddən artıq məsələlər həllini tapmalıdır. Çünki Bakı növbəti dəfə uduzmağı özünə rəva görə bilməz. “Mən 2016-cı ildəki həmin mini-müharibəni nəzərə almıram. Ona görə də Bakı nəhayət qərar vermək üçün çox ciddi düşünüb-daşınacaq”-Xramçixin deyib.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126091

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930