“Azərişıq” qasırğa ilə bağlı gücləndirilmiş rejimə keçdi

16.01.2019 - 16:18

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq “Azərişıq” ASC əməkdaşları yaxın günlərdə gücləndirilmiş iş rejimində çalışacaqlar. Bu barədə virtualaz.org-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər. Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

Gücləndirilmiş iş günlərində Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların, ehtiyatı yaradılb,maşın-mexanizmlər hazırlığı görülüb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126402

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930