GDU haqqında yayımlanan dezinformasiya təsdiqini tapmadı

24.01.2019 - 09:12

Gəncə Dövlət Universiteti ölkədə ən nüfüzlü ali təhsil ocağıdır ki, yüksək ixtisaslı pedaqoji kollektiv, sağlam tələbə-müəllim münasibətləri, şəffaf imtahan prosedurları formalaşıb.
Əlbətdə ki, bu istiqamətdə qəti addımlar atan kimya elmləri doktoru, professor Yusif Yusibovun danılmaz əməyi yüksək qiymətləndirilməlidir. Məlum məsələdir ki, Gəncə Dövlət Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək üçün mətbuat nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Elə bu faktın özü də universitetin mətbuata və ictimaiyyətə nə qədər açıq olduğunun təsdiqidir.
Ümumiyyətlə, GDU-da 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün operativ qərargah fəaliyyətə başlayıb.
Əfsüslər olsun ki, yuxarıda qeyd etdiklərimizin fərqinə varmayan bəzi sayt rəhbərləri həqiqətə uyğun olmayan şantaj xarakterli məlumatlar yayımlayır. Əvvəla onu qeyd edək ki, media nümayindələrinin iştirakı ilə keçirilən 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası tam şəffav keçirilib. Lakin bəzi qara qüvvələr öz çirkin əməllərini həyata keçirmək məqsədi ilə rəhbər olduğu saytlarda Gəncə Dövlət Universiteti və universitetin kollektivi haqqında xoşagəlməz məlumatlar yayır. Nəzərinizə çatdıraq ki, qeyd etdiyimiz kimi imtahan prosesi şəffaflığı ilə seçilib və prosesi həm media orqanları, həm də Təhsil Nazirliyinin nümayəndələri canlı şəkildə izləyiblər. Görünür, heç bir məlumatı olmayan bəzi “etibarlı mənbələrin” iş fəaliyyəti elə məhz böhtan və şantajdan ibarətdir. Sual yarana bilər. Yayımladığınız əsassız məlumatlar hansı fakta əsasən dərc edilib? Sayt yazır. “Gəncə Dövlət Univerisitetinin rektoru Yusif Yusifzadədən Təhsil Nazirliyinə gedən şikayətlərin ardı arası kəsilmir. Belə ki, rüşvət və korrupsiyanın tüğyan etdiyi bu Univerisitetdə açıq bazar höküm sürür. Bu ali məktəb barəsində mətbuat orqanlarında xoşagəlməz yazıların dərc olunduğu bir vaxtda nədənsə Yusif müəllim və ətrafı bəzi sayt və qəzetlərdən bu yazıları yığışdırmağa müvəffəq olublar. Bu heçdə GDU-da olan özbaşnalığa son qoymaq üçün çıxış yolu olmadığından Yusif Yusifzadə başqa yollara əl atır…”
Diqqətlə fikir verin. Sayt rektorun adını və soyadını düzgün qeyd etməyib. Əvvəla, Gəncə Dövlət Universitetin rektoru Yusif Yusibovdur. Bununlada “şok” məlumat yayımlayan bəzi dırnaqarası jurnalistlər özlərini ifşa etməklə böyük yanlışlığa yol verdiklərini bir daha sübüt etdilər. Və bundan sonra məqalə haqqında başqa şərhə ehtiyac duyulmayacaq.
Dosye.org olaraq bildiririk ki, GDU-da 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün operativ qərargah fəaliyyətə başlayıb. Bütün bunları nəzərə alıb universitetin rektoru, çox hörmətli Yusif Yusibova dərin təşəkkürümüzü bildiririk

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126492

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930