GƏNCƏLİLƏRİN ÜMİDLƏRİNİ DOĞRULDAN BAŞÇI

07.02.2019 - 08:02

Gəncə şəhəri Cənubi Qafqazın mədəniyyət, iqtisadiyyat, sənətkarlıq, elm, incəsənət və ticarət mərkəzi kimi həm də strateji əhəmiyyətinə görə ipək yolunun keçdiyi mərkəzdir. Tarixən şəhər həm regionun, həm Azərbaycanın sosial-iqtisadi, mədəni-siyasi həyatında mühüm rol oynamışdır. Bü gün də şəhər özünün bu mövqeyini qoruyub saxlamaqdadır. Şəhərin elmi-intelektual səviyyəsi, mədəni və iqtisadi inkişafı müstəqillik əldə olunduqdan sonra daha da yüksəlmiş və beynəlxalq aləmə inteqrasiyada öncül yerlərdən birini tutmaqdadır.
Gəncə şəhərinin yeni icra başçısı Niyazi Bayramovun fəaliyyəti haqqında ötən ilin oktyabrında bir yazı yazdıq (http://www.moderator.az/news/242044.html). Bu yazı sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayımlandıqdan sonra bizə gələn zənglərdən və həmin məqalə ilə bağlı yazılmış müsbət şərhlərdən sonra yeni bir məqalənin yazılmasını qərara aldıq.
Şəhərə yeni rəhbər təyin olunmuş Niyazi Bayramov Mingəçevirlə müqayisədə daha böyük şəhər olan Gəncədə işləməyi və gəncəlilərin rəğbətini qazanmağı bacardı. Demək olar ki, Gəncəyə icra başçısı təyin olunduğu gündən bəri hər həftə şəhər əhalisinin problemlərinin həlli ilə bağlı şəhərin müxtəlif məhəllələrində sakinlərlə görüşlər təşkil etmiş və bu istiqamətdə böyük işlər görməkdədir.
Şəhərin Yeni Gəncə, Gülüstan, Abbas Səhhət kimi böyük yaşayış massivlərindəki binaların dam örtüklərinin düzəldilməsi, şəhərin əsas küçə və prospektləri ilə yanaşı, ara küçələrinin də asfalt örtüyü ilə örtülməsi işləri ardıcıl şəkildə həyata keçirilir.
Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi sürətlə davam etdirilir. Bununla yanaşı, şəhərdəki bir çox küçələrin asfalt örtüyü yenilənir, müasir tipli gecə işıqlandırılması qurulur, yeni salınmış qəsəbələrin qaz, işıq, su və telefon xətləri ilə təmin edilməsi kimi məsələlər öz həllini tapmaqdadır.
Hazırda şəhərin 30-a yaxın küçəsinin asfalt örtüyü yenilənib, həmin ərazilərdə müasir işıqlandırma sistemləri qurulub. Bununla yanaşı 148 çoxmərtəbəli binanın dam örtüyünün dəyişdirilməsi işi də davam etdirilir.
Gəncədə artıq 83 yeni salınan küçəyə ad verilib və ünvan lövhələrinin vurulması başa çatdırılmışdır. Bu gün şəhərdə quruculuq – abadlıq işləri sürətlə davam etdirilir.
Gəncədə çoxmərtəbəli binalarda liftlərin təmiri, yaxud yenilənməsi planına uyğun olaraq lazımi işlər həyata keçirilir..
Hörmətli Niyazi Bayramov öz fəaliyyətində , ilk növbədə yalnız və yalnız Gəncə sakinlərinə sevgi, qayğı ilə xidmət etmək barədə düşünür və buna çalışır. Bu da onu göstərir ki, Niyazi Bayramov ən azı şəhəri və Gəncə əhalisini yaxından tanıyan bir icra başçısıdır.
Cənab başçı şəhərin müxtəlif yerlərində əhali ilə mütəmadi olaraq görüşlər keçirir, demək olar ki, hər həftə vətəndaşları qəbul edir, onların problemləri ilə yaxından maraqlanır, həlli yerində mümkün olan məsələləri yerindəcə dərhal həll edir, bəzilərinin isə araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verir.
Hörmətli Niyazi Bayramov Şeyxzamanlı, Məhsəti, Hacıkənd qəsəbəsinin, Bağbanlar yaşayış massivinin sakinləri ilə görüşüb, onların həmin qəsəbələrlə bağlı problemlərini dinləyib və bu problemlərin həlli üçün lazımı göstərişlər verib.
Eyni zamanda, şəhərin iqtisadi həyatında mühüm rol oynayan sahibkarlığa xüsusi diqqət göstərən Niyazi Bayramov şəhər sahibkarları ilə görüş keçirərək, sahibkarlığın inkişafına mane olan bütün faktorların, xüsusi ilə də qanunsuz müdaxilələrin aradan qaldırılması ilə bağlı göstərişlər verib.Cənab Başçı şəhər əhalisinin istəklərini nəzərə alaraq, fəaliyyəti dayandırılmış “Kolxoz bazarı” və “Sərçə bazarı” kimi tanınan məşhur bazarların fəaliyyətlərinin bərpa olunması üçün xüsusi tapşırıq verib.
Təhsil sahəsinə xüsusi diqqət ayıran hörmətli Niyazi Bayramov şəhərin ali, ümumtəhsil məktəblərinin və uşaq bağçalarının direktorları ilə görüşüb, onların problemləri ilə tanış olub və bu görüşdə bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verib.
Niyazi Bayramov özünün şəxsi keyfiyyətləri ilə seçilən İcra Başçısı olduğunu sakinlərlə ünsiyyətində göstərir. 20 yanvar şəhidlərinin xatirəsini anmaqla əlaqədar keçirilən tədbirdə hörmətli başçı bir daha yuxarıda söylədiklərimi öz əməli ilə sübut etdi. Tədbirdə yaşlı bir şəhər sakini ondan öz problemlərinin həll olunmasında köməklik göstərməsi ilə əlaqədar cənab başçıya yaxınlaşdı. Niyazi Bayramov o qadının əlindən tutaraq sol tərəfində tədbirin sonuna qədər saxladı və tədbir başa çatandan sonra həmin yaşlı qadını sona qədər dinlədi. O yaşlı qadının probleminin həll olunması ilə bağlı yerindəcə göstəriş verdi.
Əlbəttə, bu yazdıqlarımız nə yuxudur, nə də ki, uydurulmuş nağıldır. Bu cür addımları görən şəhər sakinləri hörmətli Niyazi Bayramova sevgi ilə yanaşır. Şəhər sakinləri onda olan sevgini və qayğını görüb ehtiramla və sevgi ilə qarşılıq göstərirlər.
Niyazi Müzəffər oğlu Bayramova işlərində uğurlar arzulayırıq.
ELÇİN CAVADOV- Gəncə Dövlət Universitetinin dosenti,
texnika elmləri üzrə fəlsəfə doktoru.

ETİBAR MUSAYEV- Gəncə Dövlət Universitetinin dosenti,
tarix elmləri üzrə fəlsəfə doktoru.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126721

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930