Sumqayıtın məktəbdirektoru böhtan burulğanında: Həqiqət Abdullayeva haqda həqiqətdən uzaq ittihamlar…

17.02.2019 - 20:08

Azərbaycan mediasının hər zaman diqqətdə saxladığı məsələlərdən biri də təhsil sistemi ilə bağlıdır. Azərbaycan təhsilində baş verən neqativ hadisələr, eyni zamanda uğurlu islahatlar dördüncü hakimiyyətin xüssusi maraq dairəsində olub. Onu da bildirək ki, istər orta, istərsə də ali məktəblərdəki problemlərə bir çox hallarda Təhsil Nazirliyi, yaxud aidiyyatı qurumlar tərəfindən reaksiya verilib və lazımi tədbirlər görülüb. Bu baxımdan medianın təhsil sistemi ilə bağlı tənqidi materiallarının nəticə effetivliyini qeyd etmək vacibdir. Amma bu tənqid yerində və düzgün olduqda. Təəssüf ki, bəzən bu kimi tənqidlər həqiqətdən uzaq və qərəzli xarakter daşıyır. Son vaxtlar müəmmalı şəkildə hədəfə alınan Sumqayıt şəhər 9 saylı orta məktəb və onun direktoru Həqiqət Abdullayeva haqda dərc olunan yazıları da bu sıraya aid etmək olar.
Bir qədər obrazlı ifadə etsək son vaxtlar Sumqayıtın 9 saylı orta məktəbinin direktoru Həqiqət Abdullayeva barəsində dərc olunan yazıların ümumi sayı ölkənin ictimai-siyasi həyatında mühüm yer alan məqamlar haqda xəbər və təhlillərin sayından bəlkə də çoxdur. Bu yazılar əvvəldən axıra reallığı əks etdirsəydi belə bir məktəb direktorunun bu qədər “diqqət” və “hədəf mərkəzi”nə çevrilməsinin özü xeyli suallara yol açır. Yuxarıda da qeyd etdiyimiz kimi, yaxın keçmişimiz hər hansı bir məktəb direktoru və ya digər bir təhsl adamının fəaliyyəti ilə bağlı real faktlara söykənən tənqidə operativ reaksiyanın və həmin şəxsin cəzalandırılması ilə zəngindir. Belə olan halda, bu qədər dərc olunan yazılar Maliyyə Nazirliyi, Hesablama Palatası, Təhsil Nazirliyi, Sumqayıt şəhər təhsil idarəsi və şəhər icra hakimiyyətini 9 saylı orta məktəbdə ciddi yoxlamalar aparmasına rəvac verərdi. Əgər dövlət orqanları məktəbin fəaliyyəti ilə bağlı dərc olunanları əsassız sayaraq hər hansı tədbir görmürsə, yoxlamaya ehtiyac duymursa, demək nəticə olaraq məktəb direktoru Həqiqət Abdullayevin təhsil ocağındakı fəaliyyətini qənaətbəxş hesab edirsə dərc olunan yazıların nə dərəcədə reallığı əks etdirdiyi haqda təəssürat yaranır. Beləliklə yazılarda əks olunan əsassız ittihamlar, yalanları məhkəmə predmeti yaradır və təəssüf ki, direktorun media ilə hüquqi müstəvidə mübarizə aparmasına yol açır. Buna baxmayaraq, məktəb direktoru humanist davranır, məhkəməyə üz tutmur. Ona çamur, çirkab atanlar, böhtan yazanlar isə dayanmaq, susma bilmirlər. Son olaraq isə məktəbdən çıxarıldığını yazıblar. Məlum olur ki, bu da yalanın son həddi imiş. Guya nazirlik H.Abdullayevadan yazan saytlardakı materiallarla tanış olub, araşdırma aparıb və onu 9 saylı məktəbdəki işindən kənarlaşdırıb. Nə nazirlik belə rəsmi xəbər yayıb, nə Sumqayıt təhsil idarəsi məlumatı təsdiqləyib, nə də direktor özü… H.Abdullayevanın sözlərinə görə, işinin başındadır, hər gün məktəbdə olur, tədrisin keyfiyyəti ilə maraqlanır, dərslərə davamiyyəti yoxlayır.
Ancaq onu gözümçıxdıya salanlar məktəb direktorundan əsassız, qeyri-peşəkar məqalələr yazmaqdan yorulmayıblar. Gah onun rüşvət yığmaqda ittiham edirlər, gah müəllimlərlə qarşıdurmada olduğunu yazırlar, gah da Sumqayıt şəhər rəhbərliyinin ona himayədarlıq etdiyini tirajlayırlar. Amma Təhsil Nazirliyinə və yerli idarəsinə tabe olan H.Abdullayeva tam şəffaf mühit yaradıb, öz fəaliyyətini davam etdirir, heç kimə qeyri-qanuni tələb irəli sürmür.
Məktəbdə iləbil tədrisin keyfiyyəti artırılır, ali məktəbə qəbul olanların sayında irəliləyiş var, məktəbdə mehriban ab-hava hökm sürür. Bunu direktor yaradıb.
Ona görə də H.Abdullayevanı ittiham edən saytlar peşəkar araşdırma aparsan, qarşı tərəfin mövqeyini öyrənmək prinsipinə əməl eləsin, məktəbdən reportaj hazırlamaq üçün nazirlikdən rəsmi icazə alıb məktəbdəki şəraitlə tanış olsun.
Onu şər-böhtan məngənəsinə salanlar, bu iftira burulğanında saxlayanların hansı məqsəd güddüyü aydın deyil. Lakin bir qadına, bir müəllimə bu qədər ittiham irəli sürmək, barəsində fakta söykənməyən məlumatlar yaymaq, guya sensasiya xarakterli olduğu rəyi formalaşdırmaq cəhdləri xoşagələn hal deyil. Yaxşı oalr ki, H.Abdullayevadan soruşsunlar, konkret hansı problemlərin olduğu, hansı şikayətlərin gəldiyini desinlər, valideynləri, müəllimləri nələrin narahat etdiyini bildirsinlər. Bəlkə doğurdan da onun xəbəri olmadan hansısa qanunsuzluğa yol verən, kimisə incidən bir məktəb nümayəndəsi olub, H.Abdullayeva dərhal ölçü götürsün. Bəlkə hansısa problemlər məktəbdə həllini tapmır, onun özünə desinlər, aradan qaldırsın. İş olan yerdə çatışmazlıq, nöqsan təbiidir, tənqid istisna deyil. Əsas problemləri görmək və həll etməkdir. Ancaq məktəb direktorundan yazanlar bunların heç birini göstərmir, sadəcə onun pul yığdırması, kimlərəsə bağlı olması haqda ağız-ağız gəzən, boş söhbətləri yazırlar. Pul yığımı varsa konkret şikayətçi olmalıdır, kiməsə təzyiq göstərir, hədə-qorxu gələrək hansısa məmurun onun arxasında dayandığını söyləyirsə, yenə də konkret şikayətçi olmalıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126879

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930