Bakcell mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir

05.03.2019 - 17:13
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti mobil sənayenin paytaxtı Barselonada keçirilən Dünya Mobil Konqresinə qatılıb. GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır.  
Şirkətin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, ənənəvi olaraq hər il keçirilən bu tədbir çərçivəsində 2400-dən artıq şirkət tərəfindən mobil kommunikasiya bazarının gələcəyini təşkil edəcək ən son məhsul və texnologiyalar nümayiş olunur, dünya səviyyəli konfranslar və peşəkar panel müzakirələri keçirilir.
Konqresdə iştirak edən Bakcell nümayəndələri burada təqdim olunan ən son texnoloji yeniliklər və sənayenin ən müasir tendensiyaları ilə tanış olub, bir sıra maraqlı panel və müzakirələrdə iştirak ediblər.
İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti Azərbaycandakı mobil rabitə istifadəçilərinin ən son texnologilayardan yararlanması üçün əlindən gələni edir. Qlobal  telekommunikasiya tendensiyaları ilə ayaqlaşmaq məqsədilə, Bakcell müntəzəm qaydada ən nüfuzlu telekommunikasiya tədbirləri və sərgilərdə iştirak edərək abunəçilərinə ən yüksək səviyyədə xidmət göstərməyinə kömək edə biləcək ən yaxşı ideyalar ilə qayıdıb onları tətbiq etməyə çalışır. Bakcell öz şəbəkəsinə və müştəri təcrübəsinin daha da inkişaf etdirilməsinə sərmayə yatırmağa davam edəcək.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127203

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930