Goranboyda baş verənlərlə bağlı rəsmi AÇIQLAMA

21.03.2019 - 14:36

16.03.2019-cu il tarixində Azerbaycanrealligi.com xəbər saytında və Azərbaycan Reallığı facebook səhifəsində “Goranboy rayonunun bazar satıcıları icra başçısı Nizaməddin Quliyevə etiraz ediblər. – VİDEO” başlıqlı yazı, daha sonra sözügedən video yayınlanmışdır. Materiallar tez bir zamanda diqqəti cəlb edib xeyli baxış toplamış və bir neçə xəbər portalı yazını yenidən dərc edib. Daha sonra əks olunan videogörüntünü youtube kanalları və digər səhifələr yayınlamışdırlar. Azerbaycanrealligi.com xəbər saytı ilə əlaqə saxlayan Goranboy rayon icra hakimiyyətinin rəsmisi olanları tamamilə cəfəngiyat adlandırır, adı çəkilən icra hakimiyyətinin də cavab hüququnu tanımamızı xahiş edirlər.
Biz də qısa zamanda böyük oxucu kütləsi toplamış xəbər portalı olaraq bildiririk ki, bizim heç bir məmurla nə qəsdi-qərəzimiz var, nə də düşmənçiliyimiz, o cümlədən, Goranboy rayon icra başçısı Nizaməddin Quliyevlə də. İcra hakimiyyətinin rəsmisi qeyd edir: “Sözügedən materialda bildirilir ki, bazar satıcıları guya polis gücünə rayonun icra başçısına məxsus bazara təxliyyə olunurlar, həmin bazarda icra başçısı Nizaməddin müəllimə məxsusdur. Bazarın Nizaməddin müəllimə ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Həmin bazarı hansısa sahibkar tikdiribsə, bunun icra başçısına nə aidiyyəti. Nizaməddin müəllim son zamanlar rayonda böyük işlər görməklə Goranboy xalqının rəğbətini qazanıb. Təbii ki, bunu gözü götürməyən bəzi qüvvələr var. Bu da onun nəticəsidir. Qaldi ki, sözügedən bazardan satıcıların çıxarılmasına, həmin satıcılar küçə ticarəti ilə məşğul olurlar. Bu da rayonun mərkəzində bəzi xoşagəlməz hal yaradır, yollar natəmiz olur, zibili hara gəldi atırlar, bir sözlə, antisanitariya vəziyyəti yaradırlar. deyə Goranboy rayon İcra Hakimiyyətinin rəsmisi qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127405

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930