“Bakcell” və INNOLAND Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını keçirib

15.03.2019 - 16:07

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti, İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və “Waves” Platforması Bakıda ilk dəfə olaraq “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışması keçirib.
Blokçeyn sahəsində Azərbaycanda ilk dəfə keçirilmiş hackathon sayəsində yerli startap və developerlər bu texnologiyadan öz layihələrində daha geniş istifadənin yollarını öyrəniblər. Yarış iştirakçıları blokçeyn ilə token əməliyyatları üzrə mərkəzləşdirilməmiş qlobal platforma olan “Waves” Platformasından istifadə edərək müxtəlif tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki tədbirdə iştirak etmək üçün müraciət etmiş 52 nəfər arasından seçilmiş 4 komanda (ümumilikdə 13 iştirakçı) yarışıb. “MadBots” və “OfficeGuys” komandaları bütün tapşırıqları uğurla yerinə yetirərək qalib elan ediliblər.
Yarışmanın ümumi hədiyyə fondu (500 Waves tokeni) iki qalib komanda arasında bölünüb. Həmçinin, qaliblər “Waves” şirkətindən qrant almaq üçün müraciət etmək imkanını qazanıblar. Hackathon yarışmasının sonunda “Waves” Platformasının baş əməliyyat direktoru Dmitriy Suxamerov iştirakçılarla görüş keçirib və öz tövsiyələrini bildirib. O deyib ki, qalib komandalar öz fəaliyyətlərini uğurla davam etdirərlərsə, “Waves” gələcəkdə onlara texnologiya və marketinq sahələrində dəstək göstərə bilər.
Xatırladaq ki, keçən ilin sonunda “Bakcell” şirkəti ilə İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu tərəfdaşlıq Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib-hazırlanmasına dəstək və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan “Bakcell” şirkəti daim yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələrə öz dəstəyini əsirgəmir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127738

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930