Səfər Mehdiyevin adamı sahibkarı tutdurur – prezidentə məktub

01.04.2019 - 14:23

Səfər Mehdiyevin adamı sahibkarı tutdurur – prezidentə məktub İş adamı Hidayətov Təyyar Hidayət oğlu prezidentə ünvanladığı məktubda Dövlət Gömrük Komitəsinin onun başına gətirdiyi müsibətdən bəhs edib. Anaxeber.info-ya daxil olan məktubun bir surətində qeyd edilir ki, komitə sədri Səfər Mehdiyevin adamı Mirqasım Vahabov biznesmeni həbs etdirməyə çalışır. Müraciəti təqdim edirik: “Mən kənd təsərrüfatının ixracı ilə məşğulam. Ölkədə istehsal  edilən kənd təsərrüfat  məhsulun  Rusiya ,Ukrayna,İran, Türkiyyə və .s ölkələrə ixracını həyata keçiririk.Bu  ixrac qaydası Ümummilli Lider H.Əliyev tərəfindən əsası qoyulmuş və istehsalçıların öz məhsulunu  ölkə hüdudlarından kənarda satılmasına şərait yaratmışdır.Mərhum H.Əliyevdən  sonra  isə bu qayda Siz tərəfdən dəstəklənmişdir.Lakin son bir ildə İxracda qarşılaşdığımız ən böyük maneələrdən biri ixrac olunan məhsulun pul vəsaitinin bank hesabı ilə qayıtmasıdır .Bu zaman İxracatçı olaraq bizdən asılı olmayan səbəbləri dəfələrlə gömrük komitəsinə bildirsək də ,rəhbərlik səviyyəsində həll edilməsini bildirsələr də  heç bir köməklik göstərilməyib.  Bunlar aşağıdakılardır:1.Ölkə ərazisindən məhsul ixrac edilərkən şişirdilmiş qiymət qoyulmasıdır. Məsələn  Nar məhsulu  ölkədə 60 qəpik olduğu halda ixrac edilərkən 3 manat qiymət qoyulmasıdır ki, bu zaman bir nəqliyyat vasitəsində  məhsulun dəyəri  10 min manat olduğu halda gömrükdə ki ,şişirdilmiş  qimətlə 50 min manat pul vəsaiti edir ki ,bu zaman 40 min manat artıq pulu sahibkar hardan almalıdır?2.Kənd təsərrüfatı məhsulu mövsümi olduğundan  istehsalçılara əvvəlcədən behlər  paylanır, qablaşdırma üçün yeşiklər düzəldilir  ki  bunu da bankda göstərmək mümkün deyil.3 İxrac zamanı  ixracatçıynan  idxalçı arasında müqavilə imzalanır ki, bu da formal xarakter daşıyır. Yəni əslində   məhsulu yenə Rusiya ərazisində öz vətəndaşlarımız bazarlarda satışını təşkil edirlər.Bu zaman bu pul vəsaitini bankla geri qaytarılması mümkün deyil. Hətta bəzən  məhsul xarab olur ki ,bəyəmnaməd göstərilən pul vəsaitinin  geri qayıtması mümkün deyil.4.Mən dəfələrlə pul vəsaitinin bank hesabı ilə qayıtmasını təşkil etməyə çalışsam da, banklar da ixrac  ixrac edilmiş  kənd təsərrüfatının pul vəsaitini geri qayıdarkən hər 10 min dollara 300 dollara yaxın xərc olduğundan pul vəsaitinin bu tərzdə gətirmək mümkünlüyü alınmır.5 Gömrük  komitəsi   bəyəmnamədə  yazdığı şişirdilmiş qiymətlər nəticəsində idxalçı ölkəyə sahibkar olaraq 4 qat artıq  ƏDV ödənilməsinin Bizim dövlət büdcəsinə xeyri nədən ibarətdir?Bütün bu  çətinlikləri  rəhbər səviyyədə  gömrük komitəsinə  bildirsəkdə  Hörmətli Səfər Mehtiyev bu məsələnin həllini  Sizinlə həll edəcəyini bildirmişdir.Lakin təəssüf  olsun ki  15 mart 2019 cu ildə Məni Mirqasım Vahhabov Gömrük Komitəsinə çağıraraq  2017 ci ildən  ixrac olunan məhsulun pu vəsaitinin bank vasitəsilə geri qaytarmağınızı soruşdu.Mən bu məsələ  barəsində  qabaqcadan 1 il ərzində Hörmətli Səfər  Mehdiyevə və digər Nazirliklərə xəbərdar etdiyimizi bildirdim.Hörmətli Mirqasım Vahhabov  məni dinləməyərək, Öz rəhbərliyi altında olan işçilərinə tapşırıq verərək qərəzli şəkildə  həbs edilməyim üçün  sənədləri toplayıb  Respublika Prokurorluğuna göndərilməsini tapşırdı. Mən anlamadığım bir məsələ budur ki ,məndən başqa ölkədən  məhsul ixrac edən çoxlu ixracatçılar var ki,Mirqasım Vahabov məni seçməsi  nə əhəmiyyətə malikdir?Bir sahibkar olaraq  mən 1 milyondan artıq gömrük rüsumu ödəmişəm. 20 mindən yuxarı gəlir vergisi ödəmişəm. 100 minlərlə diğər rüsumlar ödədiyim halda Mənə Mirqasım Vahhabovun bu cür təpki göstərməsinin arxasında nə dayanır?Bir sahibkar olaraq mən Cənab Prezident  Sizin yarattığınız kənd təsərrüfatının ixracındakı güzəştlərdən istifadə etmək istədim. Yaşıl dəhlizdən istifadə etmək üçün müraciət ettim,yüzlərlə bəhanə gətirilərək verilməsinə mane oldular.SİZİN və hörmətli Səfər Mehtiyevin  manapoliyya qarşı mübarizə apardığınızı bilirəm, ancaq Mirqasım Vahhabovun bu cür davranışı məni şübhələndirir.Mən Sizin ixraca verdiyiniz dəyərdən yararlanaraq gömrük komitəsində  əgər məhsulun dəyəri 10 min manatı keçərsə ikiqat rüsum alınması qanuna uyğun olmadığını bildirmişəm. O zaman RÜSUM ikiqat olur ki , gömrükçü məhsul nəqliyyata yığıldığı vaxt iştirak edərsə .Mənim məhsulum isə gömrükdə rəsmiləşdirilən  yerə gətirilir ki, burda bir qat rüsum ödənilmək əvəzinə ikiqat rüsum alınır.Bir sahibkar olaraq Mən hüquqularım çərçivəsində Mirqasım Vahhabova bütün məsələləri ozah etsəmdə heç bir nəticəsi olmadı.Sizdən xahiş edirəm mən dövlətə vergimi ,rüsumumu ödəyən bir sahibkar olduğum halda məndən asılı olmayan vəziyyəti  Mirqasım Vahhabova bildirsəmdə həbs edilməyim üçün işimin hazırlanıb respublika prokurorluğuna  verilməsinin nəyə xidmət etdiyini anlamıram. Mənə köməklik edin əgər mənim həbs edilməyimlə kənd təsərrüfatının ixracındakı bu çətinlik aradan qalxacaqdırsa  həbsə  razıyam ,çünki Məni həbs etmək məsələni həll etmək demək deyil sadəcə haqqını ,hüququnu, ixracda olan maneələri deməyi özümə borc bildim. Aqibətim isə Mirqasım Vahhabov tərəfindən dediyim doğrulara qarşı  həbs edilmək təhlükəsidir.Xahiş edirəm Cənab Prezident! Hörmətli Səfər Mehtiyev bu məsələ dövlətimizin maraqlarına zidd olduğu üçün ixracda yaranmış bu cür vəziyyətin aradan qaldırılmasına yardım edin.Əvvəlcədən öz təşəkkürümü bildirirəm.Hidayətov Təyyar Hidayət oğlu 051 379 89 69Bədəlov Asif  Marif oğlu Hidayətov Zohrab Raqub OğluAğaməmmədov Müşviq Sabir oğluHəsənov  İlham  Həsənqulu oğluHidayətov  Yaqub Raqub oğlu

AnaXeber.info
Turan

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127741

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031