Azərbaycan idmanının yeniyetmə ulduzu

04.04.2019 - 20:00

Son illər ölkədə idmana dövlət səviyyəsində göstərilən qayğı hər kəsə məlumdur. Elə bunun nəticəsidir ki, yeniyetmələr və gənclər arasında idmana maraq getdikcə artır. Ölkə miqyasında keçirilən idman yarışlarında uğurlar qazanan yeniyetmələrin timsalında gələcəkdə dünyanın bir çox şəhərlərində, yüksək səviyyəli beynəlxalq yarışlarda Azərbaycan bayrağını ucaldıb, Azərbaycan himnini səsləndirən qəhrəmanlarımızı görürük. Bir neçə gün öncə Bakıda keçirilən yeniyetmələr arasında cüdo üzrə açıq birincilikdə yer alan idmançılarımız da bu qəbildəndir.

Qeyd etdiyimiz yarışda İsmayılov İlkin Mamed oğlu öz çəkisi üzrə birinci yerə sahiblənərək qızıl medal qazanıb. İlkinin məşqçiləri və onun yarışmasını izləyən mütəxəssislər də onun gələcəkdə peşəkar cüdoçu kimi ölkəmizin şərəfini layiqincə qoruyacağı qənaətindədilər.  Onu da bildirək ki, İlkin İsmayılov həm də nümunəvi şagirddir. 287 saylı Zəkalar liseyinin 7 k sinif şagirdi olan İlkin dərs əlaçısıdır. İlkinə gələcək həyatında, həm idman, həm təhsil istiqamətində yeni uğurlar diləməklə onu təbrik edirik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127753

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031