FACİƏYƏ SƏBƏB OLAN SAHİBKAR – QAZAXDA

09.04.2019 - 00:50
Sahibkar adını eşidən hər bir kəs onun cəmiyyətə, ölkəyə xeyirini başa düşür. Həm də nəyəsə sahib olduğu üçün bu ada iş yeri, mənbəyi kimi baxılır. Təəssüflər olsun elə sahibkarlar da var ki, yalnız özünü düşünür, tabeçiliyində işlətdiyi vətəndaşları az əməkhaqqı ilə 8 saatdan çox işlədir. Yəni onun əməyindən yetərincə istifadə edib, az əməkhaqqı ödəyir. Bir kimsəyə əl tutmur, ancaq uşaq ikən düşündüyü var-dövlət arzusuna çatdıqdan sonra öz mənafeyini qoruyur. Gördüyü işlər isə ya reklam, ya da axıcılıq xarakteri daşıyır. Qazaxda belə sahibkarlardan biri Qasımov Fəzail Qəzənfər oğludur.
Rayonda bu gün o, vətəndaşlara xeyriyyəçisizliyi ilə fərqlənir. Bəlkə də əli açıq, “cibi açıq” olsaydı bu qədər var-dövləti heç cürə toplaya bilməzdi. Onun dövlət ödəmələrindən gizlənməsi, saxta məhsulların satışına səbəbkar olması, yəqin ki, çox güclü varlanmağına şərait yaradıb.
Böyük Nizami Gəncəvinin yazdığı “Xəmsə”nin elə iki əsərinin adı, yəni “Leyli və Məcnun”, “ Yeddi Gözəl” Fəzail Qasımovun tabeçiliyində olan marketlərin üzlüyünə vurulub. Başa düşülən deyil ki, sahibkar marketlərinə bu adı veribsə, böyük Nizami isə əsərələrində həmişə xalqı dostluğa, birliyə, xeyriyyəçiliyə, vətənpərvərliyə, saf məhəbbətə çağırdığı halda onda sahibkar niyə əsərlərə uyğun hərəkət etmir?
Qazaxda böyük marketdən əlavə “Yeddi Gözəl” şadlıq sarayı da ucaldılıb. Özü də Ağstafa çayınından bir az aralı. Hektarlarla torpağa buraxdığı pulların hesabına maraqlı tərfədən alınıb. Üstəlik, çay vadisi də zəbt edilib. Özəlləşdirilib, icarəyə götürülüb, ya da qanunsuz mənimsənilib. Onu bilirik ki, dövlətin bir qanunu var. Çay vadilərinin özəlləşdirilməsi, yerli orqan tərəfindən icarəyə verilməsi, qanunsuz iş görülməsinə yol verilmir. Elə məsələ də bundan sonra başlayıb.
“Yeddi Gözəl” şadlıq sarayının qarşısında çayın qabağının kustar üsulla kəsilməsi, Fəzail Qasımovun artıq tamahı ötən il 15 yaşlı Elnar Məmmədəliyevin ölümünə səbəb oldu. Burada gölün olmasını duyub, çimən gənc suda boğuldu. Həmin gündən işinin qanunsuz olduğunu başa düşən Fəzail Qasımov əl-ayağa düşərək hüquq-mühafizə orqanlarını da razı sala bilib. Kimin ölməyi Fəzail Qasımovu maraqlandırmayıb da. Əsas odur ki, işini görə bilsin, qan üstündə yığdığı çirkli pullar “sandığının” ağızından qırağa çıxa bilsin. Məgər bu sahibkarlıq fəaliyyətidirmi?
Fəzail Qasımovun necə varidat əldə etməyi qazaxlıların çoxuna yaxşı məlumdur. Müxtəlif versiyalar eşitmişik. Hətta, adının çəkilməsini istəmədiyimiz, yəni Qasımovu varlandıran şəxs azadlıqda da deyil.
Haşiyə: Qazaxın Ağköynək kəndində tanınmış bir inasanın qocalıq dövrünə çatmayan oğlunun yas mərasimində idik. El dilində desək, ölən günü idi. Mərasimdə xeyli insan kütləsi vardı . Mərhumu dəfn etmək üçün Ağköynək qəbiristanlığına biz də getməli olduq. Dəfn zamanı ictimaiyyətin diqqətini gənc yaşlı bir oğlanın məzarı da cəlb etdi. Saçları gözünün üstünə tökülmüş, gözləri bu həyatdan doymayan, süzgün baxışları ilə sanki gəlib-gedəni seyr edən, elə bil ölümünə kimin və nəyin bais olduğunu hələ də düşünən bu gənc Məmmədəliyev Elnar Muradxan oğludur. Qəbirin başına toplaşanlar bəlkə də haqlı danışırdılar ki, “bu uşaq Qazaxda Ağstafa çayının qabağı kəsilən göldə batıb. Həmin göl “Yeddi Gözəl” şadlıq sarayının qarşısında kəsilib. Kəsilməyi də qanunauyğun deyil. Buna necə imkan veriblər ki, çayın qabağı kəsilsin? Nəticəsi də bax belə olur”.
Açığı fikir bizi götürdü. “Çayın qabağının kəsilməsinə, qanunsuz necə icazə verilib və sairə”. Əsla, kiminsə sənədinə baxmaq, necə kəsdiyini analiz etmək bəlkə də bizim səlahiyyətimiz deyil. Amma, hər halda yas mərasimində iştirak edən qəm yuvasına batmış bir qrup insanların bizi “yüklədiyi” fikirlərdən azad olmaq üçün balaca bir jurnalist araşdırması aparmaq qərarına gəldik.
Mediaxeberleri.az -ın apardığı araşdırmalar nəticəsində öyrəndiklərimiz bu oldu.
…Qazaxda 2018-ci ilin isti yay günlərindən biri… Kim bilirdi ki, həmin gün açılan səhər 15 yaşlı gəncin həyatının sonu ilə gündəmə gələcək. Belə bilsəydi dayısı Elnarı istirahət üçün Bakıdan Ağköynək kəndində yaşayan nənəsinin yanına gətirməzdi… O, bilsəydi ki, valideynlərinin gözünün ağı-qarası olan bir oğul suda boğularaq “ömürlük istirahətə” yollanaraq, əbədiyyətə qovuşacaq, Bakıdan Qazaxa yola düşməzdi. O, bisəydi ki, Elnarın nakam taleyinə dözməyən atası Muradxan kişi oğulunun ölümündən az bir vaxtdan sonra dünyasını dəyişəcək, anası Cəmilə xanım saçlarını yolub tər çiçəklərlə birgə qəbir üstünə səriləcək, heç addımını belə atmazdı Qazaxa…
Bəli, 2003-cü ildə dünyaya göz açan Məmmədəliyev Elnar Muradxan oğlunun acı taleyi Qazaxda çox böyük sensasiya ilə qarşılandı. Qeyd etdiyimiz kimi dayısının yanına düşüb istirahət üçün Qazaxın Ağköynək kəndinə, nənəsinin yanına gələn Elnar çimərlik üçün hazırda “Yeddi Gözəl” adlanan şadlıq sarayının qarşısında Ağstafa çayının üzərində qustar üsulla kəsilən yerdə yaranmış süni gölü seçdi. Hardan biləydi ki, həmin göl Elnarı öz ağuşauna alacaq, həyatına son qoyacaqdı. Paltarını gölün kənarında soyunub, suya baş vuran Elnar , çox çəkmir ki, gölün dibinə enir, bir daha geri dönmür. Təsadüfən gölün qırağında bir cüt ayaqqabı və uşaq paltarı görən bir nəfər bu işdən çox böyük narahatçılıq keçirir. Bir qədər gözlədikdən sonra, heç kimin paltara sahib çıxmamsını görüb, daha da şübhələnir. Polisə xəbər verir. Axtarış başlanır. Nəhayət, 15 yaşlı oğlan uşağının sudan meyiti çıxarlır. Polislərin axtarışı elə də uzun çəkmir. Meyitin kimliyi aşkarlanır. Sahibinə çatdırılır.
Sən nə qəribəsən həyat? Dünən keçən yaydan nənəsinin yanını arzulayan, onu sevən, tez-tez şıltaqlıq edən Elnar bu gün qandonduran ana fəryadı ilə son mənzilə yola salınır. Nə idi günahı?
Atası Muradxan kişi ilə anası Cəmilə xanımın neçə illərdi bir övlad arzusunda olduğu günün şadlığı ilə qəmliyi arsında olan saatları, dəqiqələri necə başa düşək? Budurmu dövran, budurmu varlıq, budurmu sonluq? Gələcəkdə böyüyüb igid əsgərlərimizin birinə çevriləcək Elnarın başlamamış həyatının sonu nə tez gəldi İlahi?
Elanr Məmmədəliyevin ölümünə dözməyən atası Muradxan çox keçmir ki, yeganə övladının yoxluğu onun da həyatına son qoyur. Ağır ürək xəstəliyinə düçar olan ata çox keçmir ki, əbədiyyətə qovuşur. Hazırda o, doğulduğu Ağstafa rayonunun Xılxına kənd qəbiristanlığında uyuyur. Allah rəhmət eləsin!
Anası Cəmilə xanım isə biryolluq Bakıda yaşamağı qərarlaşdırır. Bir ailə də beləcə dağılır.
… Elnar Məmmədəliyevin ölümü ilə bağlı Qazax rayon Prokurorluğunda istintaq işi açılır. Ölüm işinin qəsdən olmaması, sadəcə suda boğulması kimi qiymətləndirilir. Bu məsələnin görünən tərəfi. Hüquq-mühafizə orqanları öz qiymətlərini verirlər. Etirazımız yoxdur.
Məlumdur ki, hər bir millətin, hər bir ölkənin ən dəyərli sərvəti uşaqlardır. İstənilən cəmiyyətdə uşaqların mənəvi və fiziki sağlamlığının qorunması, hüquq və azadlıqlarının təmin edilməsi dövlətin inkişafı ilə bağlı olan strateji vəzifədir. Uşaqların xoşbəxt böyüməsi cəmiyyətin mənəvi, siyasi və sosial-iqtisadi inkişafının vacib meyarı və göstəricisidir. Azərbaycan cəmiyyətində ailəyə, uşağa məhəbbət xalqımızın milli təfəkküründən qaynaqlanır. Ölkəmizdə uşaqlar dövlət və cəmiyyət tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunur. Azərbaycan parlamenti də bu sahədə öz səlahiyyətləri daxilində kömək göstərməyə çalışır. Bu gün ölkəmizin uşaq hüquqları sahəsində ən müasir tələblərə uyğun olan qanunvericilik bazası formalaşdırılmışdır. İndiyədək Milli Məclis bilavasitə uşaq hüquqları ilə bağlı olan 10-dan çox qanun, bütövlükdə isə uşaq hüquqlarına bu və ya digər dərəcədə toxunan 72 qanun və 11 məcəllə qəbul etmişdir. Uşaq hüquqları sahəsində bir çox beynəlxalq konvensiyalar və s.
Qanunsuz qustar üsulla yaradılmış süni göldə batan, uşağın ölümünə görə kim məsuliyyət daşıyır və cinayət məsuliyyətinə niyə cəlb olunmur?
Qazax rayon icra hakimiyyətinin başçısı bu gün fidan balalar üçün yaratdığı şərait hamı üçün bəllidir. Nə üçün 15 yaşlı gəncin ölümü onu maraqlandırmır?

Güman edirik ki, Başçı bu işi tezliklə nəzarətə götürəcək…
Araşdırmamız davam edir…
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacayıq. Növbəti yazımızda oxuyacaqsınız:
Çayın qabağının kəsilməsinə, qanunsuz necə icazə verilib?
Elanr Məmmədəliyevin ölümünə dözməyən atası Muradxan kişi niyə ölüb?
… Elnar Məmmədəliyevin ölümü ilə bağlı, anası nələri danışacaq?

Fəzail Qasımovun necə varidat əldə etməyi qazaxlıların çoxuna yaxşı məlumdur. Müxtəlif versiyalar eşitmişik. Hətta, adının çəkilməsini istəmədiyimiz, yəni Qasımovu varlandıran şəxs azadlıqda da deyil…

FACİƏYƏ SƏBƏB OLAN SAHİBKAR - QAZAXDA
FACİƏYƏ SƏBƏB OLAN SAHİBKAR - QAZAXDA
FACİƏYƏ SƏBƏB OLAN SAHİBKAR - QAZAXDA
FACİƏYƏ SƏBƏB OLAN SAHİBKAR - QAZAXDA
FACİƏYƏ SƏBƏB OLAN SAHİBKAR - QAZAXDA
FACİƏYƏ SƏBƏB OLAN SAHİBKAR - QAZAXDA
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127780

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930