Səbuhi Abbasov ATƏT-in tədbirində: “Ermənistan işğal etdiyi əraziləri insan alveri üçün mərkəzə çevirib”

09.04.2019 - 22:54

“Bütün dünya bilir ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edibdir. Heç kimə sirr deyil ki, bu ərazilər narkoticarətçilər və insan alverçiləri üçün mərkəzə çevrilibdir. Bu təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükədir. Bügün işğal altında olan Dağlıq Qarabağda dünyanın ən təhlükəli terror təşkilatlarının mənzil qərargahları yerləşir” 7NEWS.az verir ki, bu sözlər Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov 08-11 aprel 2019-cu il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində, ATƏT-in mənzil qərargahında “İnsan alveri ilə mübarizədə texnologiyadan istifadə etmək: məsuliyyəti aktivə çevirmək” mövzusunda keçirilən 8-ci sessiyası zamanı çıxış edərkən deyib: “QHT sədri olaraq mənə çıxış imkanı verdiyinizə görə təşəkkür edirəm. İnsan alveri, onun fəsadları ilə bağlı məndən öncə çıxış edənlər ətraflı danışdılar. İnsan alveri əslində qul alverinin müasir formasıdır. İnsanlara alınıb-satıla bilən bir əşya kimi baxılır, onlar əsasən seks sənayesi, eləcə də kənd təsərrüfatı sahəsində tər tökməyə, qəpik-quruşa, çox vaxt isə tamamilə pulsuz məcburi işlərə cəlb edilirlər. Alver qurbanı kimi müəyyənləşdirilənlərin əksəriyyəti qadınlardır, lakin bəzən kişilər də alver qurbanına çevrilirlər. Bundan əlavə, zərər çəkənlərin çoxu gənclərdir, bəzən isə uşaqlardır.
Son 10 ildə dünyada texnologiyanın inkişafı ilə bağlı olaraq insan alveri də yeni müstəviyə keçib. Texnoloji yeniliklər bir çox hallarda insan alveri ilə mübarizədə aidiyyatı qurumların köməyinə çatır. Lakin bir çox hallarda yeni texnoloji alətlər insan alverçiləri üçün əsl fürsətə çevrilibdir. Son 5 ildə Yaxın Şərqdə baş verən siyasi proseslərdən sonra din adı altında yüzlərlə insan insan alversinin qurbanına çevrilibdir. Onların böyük əksəriyyəti məhz müasir texnoloji alətlər vasitəsi ilə qurbana çevriliblər. Sosial şəbəkələr, mobil tətbiqlər, ünsiyyət üçün nəzərdə tutulan müxtəlif proqram təminatları insan alverçilərinin işini daha da asanlaşdırıbdır. Bu mənada beynəlxalq təşkilatlar, QHT-lər, qlobal media qurumları bu sahədə ciddi maarifləndirici tədbirlər həyata keçirməlidirlər. İnsan alveri sahəsində ən ciddi problemlərdən biri də işğal altında olan ərazilərlə bağlıdır. İşğal vaxtı əsir düşən insanlar da insan alverinin qurbanlarıdırlar. Onların taleyi barədə hələ də heç bir məlumat yoxdur. Bütün dünya bilir ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edibdir. Heç kimə sirr deyil ki, bu ərazilər narkotik ticarətçiləri və insan alverçiləri üçün mərkəzə çevrilibdir. Bu təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükədir. Bügün işğal altında olan Dağlıq Qarabağ dünyanın ən təhlükəli terror təşkilatları üçün mənzil rolunu oynayır. Diqqətinizə görə təşəkkür edirəm.”
Məlumat üçün qeyd edək ki, 08-11 aprel 2019-cu il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində, ATƏT-in mənzil qərargahında “İnsan alveri ilə mübarizədə texnologiyadan istifadə etmək: məsuliyyəti aktivə çevirmək” mövzusunda 8-ci sessiyası keçirilir. Bu toplantıda ATƏT üzvü olan ölkələrin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər. Dünyanın ən nüfuzlu QHT və media nümayəndələrinin iştirak etdiyi tədbirə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert olaraq Səbuhi Abbasov dəvət olunub. Səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşıb.

7NEWS.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127789

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031