Füzulililər üçün zəfərlərlə dolu mothəşəm bir il

17.04.2019 - 10:25

Cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən bir il ötür. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevin son bir ildə uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.
Son 
bir ildə Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının bütün vətəndaşları kimi Füzuli rayon sakinləri tərəfindən də çox böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. İmzalanmış hər bir sərəncam və fərman minlərlə füzulili məcburi köçkün ailəsinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynamışdır. Belə ki, son bir il ərzində Bakı şəhərində, o cümlədən respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan 422 ailə olmaqla 2365 füzulili məcburi köçkün mənzillərlə təmin edilmiş, işğal dövrü yandırılmış və dağıdılmış onlarla mənzil əsaslı bərpa olunmuşdur. Bir il ərzində rayonun 100 min nəfərdən artıq əhalisinə yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən 50066605 min manat vahid aylıq müavinət ödənilmiş, dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş füzulili məcburi köçkün uşaqlarının 3064000 manat təhsil haqqı dövlət tərəfindən qarşılanmış, 34897 min məcburi köçkünün pulsuz tibbi müayinəsi təşkil edilmiş, ASAN XİDMƏT qatarları tərəfindən 2203 nəfər məcburi köçkünə müxtəlif istiqamətlər üzrə xidmətlər göstərilmişdir. Ötən bir il ərzində Füzuli rayonundan olan 10638 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 3067900,49 manat subsidiya ödənilmiş, rayonun aztəminatlı ailələrindən olan 134 ailə özünüməşğulluq proqramına cəlb olunmuş, “DOST İŞ Mərkəzi” MMC və Məşğulluq Mərkəzi vasitəsilə 430 nəfər haqqı ödənilən ictimai işlərə, 2000 min nəfərdən artıq rayon sakini isə mövsümü işlər olan pambıq, taxıl, şəkər çuğunduru becərilməsinə və ipəkqurdu saxlanılmasına cəlb olunaraq məşğulluqları təmin olunmuşdur.

Son bir ildə ərazidə yaşayan füzulili məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə əvvəlki illərdən yığılıb qalan 954024 manat borcu silinmişdir.
Dövlət başçısının şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı Fərmanı son bir ildə Füzuli rayonundan olan 370 şəhidin 430 vərəsəsinə şamil olunmuş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə 1000-ə yaxın füzulili məcburi köçkünün kreditlə bağlı narahatçılığına son qoyulmuşdur.
Prezident cənab İlham Əliyevin təkcə fevral ayında imzaladığı 8 Sərəncam, 4 Fərman minlərlə füzulili məcburi köçkünün sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin, pensiyaçıların, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib.
Əlbəttə, yuxarıda göstərilənlər Prezident cənab İlham Əliyevin son bir ildə Füzuli rayonuna, füzulililərə göstərdiyi diqqət və qayğısının kiçik bir hissəsidir. Prezident cənab İlham Əliyev prezidentiliyinin istər son biri ili, istərsə də 16 ili ərzində daima Füzuli rayonuna diqqət və qayğı ilə yanaşmış, on minlərlə füzulili məcburi köçkünün sosial problemlərinin həllinə köməklik göstərmişdir. Son 16 ildə rayonun işğaldan azad olunmuş yaşayış məntəqələrində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılmış, müxtəlif şəhər və rayonlarda məskunlaşan füzulili məcburi köçkün ailələri üçün 17 yeni qəsəbə salınmış, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilmiş, yollar, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilmiş, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dönüş yaranmış, Horadizə şəhər statusu verilmişdir.
Ötən bir ildə Heydər Əliyev Fondu tərəfindən də Füzuli rayonunda bir sıra layihələr həyata keçirilmişdir. Arayatılı kənddində ən müsair standartlara uyğun körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən inşa edilir. Ümumiyyətlə son altı ildə isə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda 6 böyük layihə həyata keçirilmişdir.
Respublikamızın bütün vətəndaşları kimi Füzulililər də Prezident cənab İlham Əliyevi sevir, ona inanır və onu dəstəkləyirlər. Cəbhə bölgəsində-düşmənlə bir addımlıqda yaşayan Füzulili məcburi köçkünlər Prezident, Ali Baş Komandan İlham Əliyevə güvənərək, onun yaratdığı şərait nəticəsində xoşbəxt yaşayır, işləyir və həyat şəraitlərini daha da yaxşılaşdırırlar.
Füzulililər əmindirlər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün daxili və xarici siyasətin ali məqsədi – ana xətti Azərbaycanımızın, o cümlədən rayonumuzun daha gözəl, daha qüdrətli, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127881

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031