Milli Məclisdən gənc professora böyük etimad

24.04.2019 - 09:19

Bu gün Milli Məclis tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına idman federasiyalarını bu Şurada təmsil edən yeni üzv seçilmişdir. O, deputatların böyük əksəriyyətinin səs çoxluğu (iclasda iştirak edən 107 deputatın hamısı lehinə səs verib) ilə 6 il müddətinə seçilmiş professor Yusif Babanlıdır. Deputatlar namizəd haqda çıxış edərək müsbət dəyərləndiriblər. Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademyasınin Həmkarlar Komitəsinin sədri, YAP Nərimanov rayon gencler birliyin sədri Professor Yusif Babanl haqda cumhuriyyey.az olaraq oxuculara məlumat verəcəyik.
Babanlı Yusif Məmməd oğlu – professor, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müşaviri, Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölməsinin sədri, Azərbaycan Respublikasının Boks idman növü üzrə idman ustası, Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Respublika dərəcəli hakim, YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin Rəyasət Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü
Babanlı Yusif Məmməd oğlu, 1984-cü ildə aprel ayının 9-da Naxçıvan MR, Ordubad rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1990-2001-ci illərdə Ordubad rayonunda orta məktəbdə təhsil almış, 2001-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005-2008-ci illərdə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İkinci təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə almışdir.
Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir.
Ailəlidir. 1 övladı var.
Təşkilati fəaliyyəti
Akademiyanın ictimai həyatında fəallığı ilə seçilən Babanlı 2001-ci ilin noyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur. 2009-cu ilin yanvar ayından Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Təşkilat Komitəsinin sədrdir. 2005-2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində işləyərkən Akademiyanın digər ali məktəblər arasında nüfuzunun artmasında uğurlu fəaliyyətləri olmuşdur. Respublikanın ictimai-siyasi həyatında vətənpərvər və dövlətə sadiq gənc kimi fəaliyyətə 2002-ci ilin sentyabr ayından Yeni Azərbaycan Partiyasına üzvülükdən başlamışdır. YAP Respublika Gənclər Təşkilatı Şurasının üzvü və Nərimanov rayon YAP Gənclər Təşkilatının sədridir. YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür. Həmçinin Prezident və Parlament seçkilərində YAP tərəfindən Respublika üzrə müşahidəçi olmuşdur.
2005-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölməsinin sədridir.
2010-2016-ci illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında prorektor vəzifəsində çalışmış, hal-hazırda isə rektorun Tələbə gənclərlə iş üzrə müşaviri və Akademiyanın Həmkarlar İttifaqı Komitəsinin sədridir.
Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının və Yazıçılar Birliyinin üzvüdür.[1]
İdman üzrə fəaliyyəti
2001-ci ildən Boks Federasiyasının üzvü kimi yaxından fəaliyyət göstərməklə yanaşı Azərbaycan Respublikasının Boks idman növü üzrə idman ustası adını almışdır. Həmçinin, Respublika dərəcəli hakim, Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman işçisi adını almışdır. 7 tələbəsi Avropa və dünya çempionu olmuşdur.[1]
Elmi fəaliyyət
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasında baş müəllim, dosent və professor vəzifəsində çalışmışdır.
Doktoranturda təhsilini 2011-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda almış və “İbtidai siniflərdə fiziki tərbiyənin texnologiyaları” adlı dissertasiyasını uğurla başa çatdıraraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin müdafiə şurasında müdafiə etmiş və Ali Attestasiya Komissiyasının qərarı ilə pedaqogika üzrə fəlsəfə doktorlu elmi dərəcəsini almışdır.
80 elmi məqalənin, 9 metodik vəsait, 6 dərs vəsait, 7 monoqrafiya müəllifi olan gənc professor Respublika və Beynəlxalq səviyyəli elmi-praktik konfranslarda yaxından iştirak etmiş və dövrü mətbuatda 100-ə yaxın məqalısi dərc edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07 iyul 2017-ci il 13 nömrəli protokolu ilə Yusif Məmməd oğlu Babanlının professor elmi adı təsdiqlənmişdir.[1]
Mükafatları
Dövlət təşkilatları tərəfindən bir çox fəxri fərman, diplom və medallarla təltif edilmişdir. Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə AHİK-in İcraiyyə Komitəsinin medalı ilə, Azərbaycan Mədəniyyət işçiləri Müstəqil Həmkarlar İttifaqının 110 illik yubleyində ittifaqda xidmətlərinə görə medalla və Respublika Vetiranlar Təşkilatı tərəfindən Cəmşid Naxçıvanskadına medalla təltif olunmuşdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127930

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930