Baş redaktor Avropa Məhkəməsinə üz tutdu

25.04.2019 - 09:14

2018 çi il avqutsun 7-də Səbail Rayon Məhkəməsinin qərarı ilə bloklanan anaxeber.az saytının işi Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.
Bu barədə arqument.az-a saytın baş redaktoru Azər Talıbov məlumat verib. O bildirib ki, hakimiyyətin mediaya təzyiqi nəticəsində saytı bloklanıb və özünə xəbər verilmədən məhkəmə prosesi keçirilib. Baş redaktor deyib ki, ölkədə bütün məhkəmə instansiyalarına müraciət etsə də, hüquqi problem aradan qaldırılmayıb.
“Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin siyasi sifariş əsasında verdiyi bu qərar hüquqi qiyməti Avropa Məhkəməsi verəcək. Zatən, məmur özbaşınalığı ölkənin imicinə ciddi zərbə vurub. Bu addım da ölkədə media azadlığının necə boğulmasından xəbər verir”, – baş redaktor deyib.
Avqustun 7-də Səbail rayon məhkəməsi Az24saat.org saytının bloklanması barədə qərar qəbul edib. Avqustun 8-də isə Səbail Rayon Məhkəməsi “Arqument.Az” və “Xural.com” saytları bloklanıb.
Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə əsasən avqustun 10-da Arqument.az saytına girişin məhdudlaşdrılması barədə qətnamə ləğv edilib. Lakin aprelin 8-də sayta xəbərdarlıq edilmədən yenidən blok qoyulub və hələ də heç bir rəsmi açıqlama verilməyib.
2017-ci ilin mayın 12-də Səbail rayon Məhkəməsinin qərarıyla AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.
2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=127947

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728