Mühacir ADP-çi axtarılır

02.04.2019 - 08:54

ADP Gənclər Təşkilatının fəal üzvü olan Musazade Sahib Zeynalabdin oğlu, onun ailəsi və yaxınları hakimiyyətin təyin etdiyi mülki geyimli şəxslər tərəfindən təqib və təzyiqlərə məruz qalmaqdadır. Qeyd edilən şəxslər dəfələrlə Musazade sahibin evinə gələrək anası Musazade Ilhame xanımdan oğlunun harada olduğunu soruşublar. Bu arada 25.02.2019-ci ilin tarixində həmin mulki geyimli şəxslər yenidən Musazade sahibin evinə gələrək, qeyri qanuni yolla eve baxış keçirib onun anasından oğlunun harada olduğunu soruşublar. Həmin şəxslərdən oğlunun hansı səbəbdən axtarılmasını soruşan yaşlı anası təhqir və təzyiqlərə məruz qalıb. Xatırladaq ki, bu mülki geyimli şəxslər bir neçə müddət öncə sahibin evinə gələrək əllərində heç bir axtarış izni olmadan evi axtarmağa cəhd göstərmişlər. O zaman sahibin qardaşı Vahid Musazade evdə olduğundan evin qeyri qanuni yolla axtarılmasına izin vermədiyinə görə mülki geyimli şəxslər tərəfindən döyülüb söyülərək polis bölməsinə aparılmış və orada şərlənərək 10 gün müddətinə inzibati həbs cəzasına məruz qalmışdır.
Qeyd edək ki, Musazade Sahib artıq neçə müddətdir ki, Avropada mühacir həyatı yaşayır. Görünür M.Sahibin siyasi baxışını və fəaliyyətini hakimiyyət özü üçün təhlükəli bildiyinə görə onun ailəsinə böyük ardı arası kəsilməyən təzyiqlər göstərməkdədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127970

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930