2019-cu ilin birinci rübü Füzulidə uğurlu nəticələrlə yadda qalıb

07.05.2019 - 11:58

Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilmişdir.
İclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi Əflatun Rufiyev, Şura üzvləri, idarə, müəssisə, təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
2019-cu ilin birinci rübü Füzulidə uğurlu nəticələrlə yadda qalıbFüzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev “Füzuli rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə çıxış etmişdir. Alı Alıyev 2019-cu ilin bütün respublikamızda olduğu kimi Füzuli rayonunda uğurlu göstəricilərlə yada qaldığını vurğulamışdır.
Qeyd etmişdir ki, cari ilin birinci rübündə bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olmuş, əhalimizin həyat səviyyəsi yüksəlmiş, uğurlarımız artmışdır.
Alı Alıyev rayonun 2019-cu ilin ilk 3 ayının sosial-iqtisadi göstəriciləri barədə geniş məlumat vermiş, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələdrə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs etmiş, aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tələb etmişdir.
2019-cu ilin birinci rübü Füzulidə uğurlu nəticələrlə yadda qalıbHesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Əflatun Rufiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında son 15 ildə, o cümlədən 2019-cu ilin birinci rübündə Respublikamızda sosial-iqtisadi və digər sahələrdə qazanılmış uğurlardan bəhs etdi.
2019-cu ilin birinci rübü Füzulidə uğurlu nəticələrlə yadda qalıbƏflatun Rufiyev əmin olduğunu bildirdi ki, Füzuli rayonunda 2019-cu ildə qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, əvvəlki illərlə müqaisədə daha böyük nailiyyətlər qazanılacaqdır. O, bu işdə rayon əhalisinə ən xoş arzularını bildirdi.
İclasda xidmət təşkilatlarının 2019-cu ilin birinci rübündəki fəaliyyətlərinə dair hesabatları dinlənilmiş, rəy və təkliflər irəli sürülmüşdür.
Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışmış, uğurlarla yanaşı problemləri də qeyd etmiş, 2019-cu il ərzində qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128090

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930