Sabina Perfumery & Cosmetics vaxtı keçmiş mallarını alıcılara hədiyyə kimi verir-ŞİKAYƏT(FOTO)

07.05.2019 - 14:05

Tia.az bildirir ki,B Əliyeva  soyadlı xanım feysbukda  şəxsi səhifəsində  etdiyi  paylaşımda Sabina Perfumery & Cosmetics şirkəti  ilə bağlı ittiham səsləndirib.Paylaşımı çoxsaylı feysbuk istifaədçiləri tərəfindən müzakirə olunub və əksəriyyət də şərhlərində  Sabina Perfumery & Cosmetics haqda tənqidi fikirlər bildiriblər.

İstifadəçilər paylaşımın haqlı  olduğunu, bəziləri isə adıçəkilən şirkətin məhsullarını alarkən oxşar hallarla   rastlaşdığını  yazıblar.Bir çoxları Sabina Perfumery & Cosmetics-in istehlakçıları aldatdığını və mallarını alıcılara sırıdığını bildiriblər. Şərh yazanlar arasında  məhsulu qaytarmağı məsləhər verənlər və bu şirkətin məhsullarını almamağı tövsiyyə edənlər də olub.

Şikayətçinin yazdığı statusu və paylaşdığı şəkilləri olduğu kimi təqdim edirik:“ Mənim şikayətim Sabina Perfumery & Cosmetics şirkətindəndir. 5-ci gun Sabina Perfumery & Cosmetics-in dükanından  alış-veriş etdim. Kassada mənə kremi hədiyyə kimi verdilər.Məlum oldu ki, kremdən son istifadə tarixi keçib. Vaxti kecmiş mallarını tullamaga deyəsən heyifleri gəlir deyə camaata hədiyyə kimi verirler. Ayib olsun”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=128107

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728