Yeni Daşkənd kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur

13.05.2019 - 22:27

Qəbulda Azərbaycan Respublikası Prezident Administrasiyanın məsul işçisi Əflatun Rufiyev, rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları  və qarşıda duran vəzifələrə həsr olunmuş 30 aprel 2019-cu il tarixli iclası barədə mlumat verdi, rüb ərzində rayonda görülmüş işlər barədə məlumat verdi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsi, minimum əməkhaqqı, minimum pensiya, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla, bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırmış, ölkəmizin sosial-iqtisadi inkişafınının xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Yeni Daşkənd kəndində həyata keçirilən layihələrdən, görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

Yeni Daşkənd kəndi qazlaşdırılmış,  kəndin 0,8 km baş yolu asfalt betonla tikilmiş,  kəndin elektrik şəbəkəsinin 70 faizi kabelləşdirilmiş, kənddaxili 7 km yol qum-çınqılla əsaslı təmir edilmiş, kəndin içməli su şəbəkəsi tikilmiş, küçələrdə 17 bulaq inşa edilmiş, 16 ton və 3 ton həcmində 2 su qülləsi quraşdırılmış, kəndin ərazisindən keçən 1,5 km açıq dren kanal və  küçələrdən keçən 1,5 km arxlar lildən təmizlənmişdir.

Son illər kənddə pay torpaqlarını suvarmaq üçün 3 ədəd subartezian quyusu qazılmış, kənddaxili və pay torpaqlarına gedən 7 km yol qum-çınqılla əsaslı təmir edilmiş,  kəndin baş yolunun 2 km hissəsi asfal-betonla tikilmiş, 8,6 km su xətti çəkilərək 400 fərdi yaşayış evinə içməli su verilmiş, kəndin girişində fontan kompleksi tikilmiş və ətrafı abadlaşdırılmış, yaxınlıqda mərmərdən bulaq tikilmiş, giriş qapısı tikilmiş, ətrafda yanacaqdoldurma məntəqəsi, market inşa edilmiş, bankomat quraşdırılmış,  kəndin girişində meydan yaradılmışdır, avtobus dayanacağı qurulmuş, qidalandırıcı elektrik yarmstansiyası əsaslı təmir edilmiş,  kəndin ərazisində keçən Bərdə-Tərtər magistral yolun və baş yolun kənarlarında ağaclar əkilərək yaşıllıq zolağı salınmış, reklam pannosu quraşdırılmış, “Şəhidlər xiyabanı” abadlaşdırılmış, kənddə istilikxana tikilmişdir (2,1 hektar) və Yem Emalı Məntəqəsi tikilmiş, təzə məhlələrdə 28 evə içməli su çəkilmiş və su qülləsi quraşdırılmış, kənd mədəniyyət evi əsaslı təmir edilmiş, 3 Qarabağ müharibəsi əlili ailəsinə fərdi yaşayış evi tikilmiş, hazırda daha 1 subartezian quyusu qazılır, cari ildə  Yaponiyanın maliyyə dəstəyi ilə “Aran” humanitar regional inkişaf təşkilatı tərəfindən icra ediləcək “Bərdə rayonunun 9 kəndində suvarma sistemlərinin təmir bərpası” layihəsi üzrə işlər görüləcək, daha 2 Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikiləcəkdir.

2018-ci ildə kəndin ərazisində 60 hektar sahədə pambıq əkilmiş, orta hesabla hər hektardan 36 sentner məhsul götürülmüşdür. Cari ildə 62  hektar sahədə pambıq səpilmişdir. 2018-ci ildə kənddə 2500 ədəd, o cümlədən xaricdən gətirilmiş 1500 ədəd  çəkil tingi əkilmişdir. Hazırda kənddə 11 qutu barama saxlanılır.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Gülbəniz Mirzəyeva kənd tam orta məktəbin qəzalı vəziyyətdə olan korpusunun əsaslı təmiri,  Aqşin Hacızadə“Kəndin üstü” adlanan ərazidə pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusu qazılması, Məhərrəm Nazarov evlərinin üstündən keçən 10 kv-luq elektrik xəttinin kəndin kənarı ilə aparılması, Əlyar Əliyev 40 evin elektrik şəbəkəsinin dəyişdirilib Yeni Daşkənd kənd elektrik şəbəkəsinə birləşdirilməsi, Əkbər Qədirov şəhid ailəsi kimi evlə təmin edilməsi, Camal Canbaxışov sahibkarlıq üçün icarəsində olan torpağında tikinti işi aparılmasına icazə verilməsi, Polad Nəzərov istilik sisteminə görə Qaz İstismar sahəsi tərəfindən əlavə cərimə edilməsi, Səyyaf İsmayılov Şatırlı kəndi ilə Yenidaşkənd kəndi arasındakı ərazidə 1 ədəd subartezian quyusunun qazılması, Nigar Allahverdiyeva Köçkün kimi mənzillə təmin edilməsinə köməklik göstərilməsi, Məhəmməd Hüseynov müalicəsinə köməklik göstərilməsi barədə müraciət etmişlər.

Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara müvafiq izahat verilmiş, hüquqi yardım göstərilmişdir.

Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, həyata keçirilən layihələrə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128184

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2019
BE ÇA Ç CA C Ş B
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031