Uzun Ömür İvanovka” və “Qafqaz İvanovka” MMC alıcıları aldadır? ŞOK

15.05.2019 - 10:29
  • Son günlər Bakıda məhsul istehsalçıları alıcıları aldatmaq üçün müəyyən vasitələrdən istifadə edirlər. Bu da əlbətdə ki, alıcılar arasında böyük narazılıq yaradıb. Dosye.org-a daxil olan məlumatlara görə “Uzun Ömür İvanovka” və “Qafqaz İvanovka” MMC adı ilə məhşurlaşan xırda ticarətçilər artıq özlərini böyük sahibkar hesab edir və bununlada istehsal etdikləri məhsulları mağazalara “keyfiyyətli məhsul” kimi təqdim edir.
    Əlbətdə ki, marketlər istehsal olunan məhsulun keyfiyyətindən və buraxılış tarixinin fərqinə varmadan birbaşa satışa çıxarır. Məlumat üçün bildirək ki, satışa çıxarılan bəzi məhsulların üzərindəki istehsal vaxtı məhsulun istehsal edildiyi günə uyğun olaraq yox, satışa çıxarıldığı günə uyğun olaraq yazılır. Bununlada saxta məhsulu alan alıcı çox ciddi problemlərlə qarşılaşır. Bir sözlə sağlamlığını təhlükə altına atır.
    Əslində qeyd etdiyimiz neqativ olaylara Qida Təhlükəsizlik Agentliyi nəzarət etməlidir. Görünür, “Uzun Ömür İvanovka” və “Qafqaz İvanovka” MMC rəhbərləri “görüm-baxımla” öz çirkin niyyətlərini sərbəst həyata keçirir. Necə ola bilər ki, məhsul istehsal olunan gündən deyil, satışa çıxarılan gündən istehsal vaxtı göstərilir?

Bu istiqamətdə araşdırmalarımız davam edir.

DOSYE.ORG

Short URL: http://www.cumhuriyyet.net/?p=128186

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728