İranda hicab əleyhinə kütləvi etirazlar başladı: “ÖLƏRİK, AMMA…”

15.05.2019 - 12:29

Son günlərdə İranda hicaba etiraz aksiyaları vüsət alıb. Yarı-rəsmi ISNA xəbər agentliyi universitet tələbələrinin kampusda icbari baş örtüyünə qarşı aksiya keçirdiyini bildirib. Məlumatda deyilir ki, qız və oğlanlardan ibarət tələbə qrupu hökumətin geyim kodunu dəstəkləyən Tehran Universiteti tələbələri ilə toqquşub.
Sosial media istifadəçiləri bildirib ki, nümayiş İncəsənət Universitetində tələbələrin şüarlar səsləndirmələri ilə başlayıb. Onlar məcburi geyim kodu, işsizlik və jurnalistlərin həbsinə etiraz edib. Videoların birində “tələbələr ölər, lakin şərəfsizliyi qəbul etməz” şüarının səsləndiyi göstərilir.
İranda qadınlardan ictimai yerlərdə başlarını ötrməsi tələb olunur. Bu qaydanı pozanları ya 2 aylıq həbs cəzası, ya da 25 dollara qədər cərimə gözləyir. İSNA bildirib ki, insan haqları müdafiəsçisi, vəkil Nəsrin Sotude anti-hicab mövqeyinə görə may ayında 7 il azadlıqdan məhrum edilib.
İran rəsmiləri 2017-ci ildə onlarla qadının baş ortüyünü çıxarmasından sonra sərt tədbirlərə əl atıb. İranda məcburi baş örtüyünü ictimaiyyət qarşısında itaətsizlik əlaməti olaraq çıxararaq, hijab əleyhinə etirazları ilhamlandıran gənc qadın bir il müddətinə həbsə məhkum edilib, lakin onun vəkilinin bildirdiyinə görə, ali dini rəhbər tərəfindən əfv olunub.
Vəkil Payam Derefşan aprelin 14-də bildirib ki, məhkəmə 2018-ci ilin noyabr ayında həbs edilmiş Vida Movahidi mart ayında ictimaiyyəti “əxlaqsızlığa” təşviq etməkdə günahkar tanıyıb. “İnqilab küçəsindəki qız” kimi tanınan 32 yaşlı Movahid 2017-ci il dekabrın 27-də baş örtüyünü çıxarıb, onu havada yellədəndən sonra qısa müddətə həbs edilmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=128205

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728