BSU-nun professor-müəllim heyəti İvanovka kəndində icma nümayəndələri və məktəblilərlə görüş keçirib

18.05.2019 - 13:23

17.05.2019-cu il tarixdə Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsinin təşkilatçılığı və  Azərbaycanda Rusdilli Tədris Müəssisələri Müəllimləri Assossiyasiyasının dəstəyi ilə universitetin bir qrup professor-müəllim heyəti və tələbəsi İsmayıllı rayonunun İvanovka kəndində rus icması ilə görüş keçirmiş və kənd məktəbində böyük rus yazıçısı Vasili Şukşinin anadan olmasının 90 illiyini həsr edilmiş geniş tədbir düzənləmişlər.  Qonaqlar ilk öncə İsmayıllı rayonunun mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini  ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri qoymuşlar.

Universitetdən gələn nümayəndə heyətini rayon icra hakimiyyətinin başçısı, professor Mirdəməd Sadıqov qəbul etmiş, onlara Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllı rayonuna diqqət və qayğısından söz açıb. O, rayonda aparılan quruculuq-abadlıq işləri, rayonun milli-etnik tərkibi, İvanovka kəndinin spesifik xüsusiyyətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib. M.Sadıqov İsmayıllı rayonun etnik baxımdan çox zəngin olduğunu, burada ondan artıq millətin, milli və etnik azlığın, qrupun  nümayəndəsinin bir ailənin üzvləri kimi yaşadığını bildirib. M.Sadıqov İvanovka kəndinin respublikamızda kollektiv təsərrüfat formasını saxlayan yeganə kənd olduğunu, özünəməxsus koloritini qoruduğunu  qeyd edib. O daha sonra İvanovka kənd orta məktəbinin məzunlarının respublikamızın ali məktəblərinə qəbulunda xüsusi limitə ehtiyacın olduğuna diqqəti çəkib. M.Sadıqov BSU-nun professor-müəllim heyətinin rayona gəlişininin yerlərdə təhsilə maraq və diqqətin artmasına səbəb olacağına qeyd edib.

BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva səmimi qəbula görə rayon icra hakimiyyətinin başçısına minnətdarlıq ediblər.

BSU-nun nümayəndələrini İvanovka kəndində Rus icmasının rəhbərliyi, məktəbin direktoru,  müəllim və şagird heyəti qarşılayıb. Böyük rus yazıçısı Vasili Şukşinin anadan olmasının 90 illiyinə həsr ounmuş “Milyonlarla ürək bir istəkdə qovuşur” adlı tədbir məktəbin klubunda baş tutub. İlk söz alan BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov iştirakçıları BSU-nun rektoru, professor Nurlana Əliyevanın adından salamlayıb. O, Bakı Slavyan Universitetinin bölgələrlə həmişə xüsusi diqqət yetirdiyini, universitetin rəhbərliyinin, professor-müəllim heyətinin bir qədər əvvəl Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinə səfər etdiyini, məktəbin şagirdləri ilə sislsilə görüşlər keçirdiyini bildirib. O, BSU tələbələrinin həmin kənddə praktikada olduğunu qeyd edib. Prorektor ənənəvi xarakter daşıyan belə görüşlərin gələcəkdə də davamlı olacağını bildirib.

Flologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva öz çıxışında Bakı Slavyan Universiteytində 15 xarici dilin tədris edilldiyini, burada rus dilinə isə xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb. O, Vasili Şukşinə həsr olunmuş tədbirin İvanovka kəndində keçirilməsinin təsadüfi olmadığını, Şukşinin bir yazıçı kimi taleyinin rus kəndinə bağlı olduğunu, hətta böyük şəhərlərdə yaşayarkən belə köksünün altında saf bir rus kəndlisinin qəlbinin duyğu və həyacanlarını daşıdığını bildirib. O, Şukşini yazıçı, aktyor, rejissor kimi xarakterizə edib. G.Əliyeva bu tədbirin daha çox rəhbərlik etdiyi fakultənin tələbələrinin istəyindən doğduğunu söyləyib.

Daha sonra çıxış edən Azərbaycan Rusdilli Tədris Müəssisələri Müəllimləri Assosiyasiyasının sədri L.Yakunina Azərbaycanda rus ədəbiyyatına, mədəniyyətinə həmişə böyük maraq olduğunu bildirib. O, belə tədbirlərin davamlı olmasını, gələcəkdə digər rus şair və yazıçılarına həsr olunmuş tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd edib.

BSU-nun rus ədəbiyyatı kafedrasının dosentləri A.Tretyakova “V.Şukşin yaradıcılığında qəribə adamlar-qəhrəmanlar”, Kamalə Umudova “Müxtəlif mədəniyyətlərin qarışılıqlı münasibəti Azərbaycanda tolerantlığın əsas şərti kimi” mövzularında çıxış ediblər.

Sonra söz tələbələrə verilib. BSU-nun ikinci kurs tələbələri Nuridə Cəlilova, Ayqun Fərzəliyeva, üçüncü kurs tələbəsi Vlada Kamayeva V.Şukşini müxtəlif cəhətdən xarakterizə edən məruzələrlə çıxış ediblər.

Tədbir bədii hissəsi ilə davam edib. Sonda BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent G.Əliyeva İvanovka kənd orta məktəbinin əlaçı və bacarıqlı şagirdlərinə müxtəlif hədiyyələr təqdim edib.

                                                   Bakı Slavyan Universitetinin Mətbuat Xidməti

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128337

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930