Heydər Əliyev Fondu Füzulidə iftar süfrəsi təşkil edib

30.05.2019 - 11:59

Heydər Əliyev Fondu tərəfindən Ramazan ayı münasibətilə Horadiz şəhərində iftar süfrəsi təşkil edilmişdir. İftar süfrəsində şəhid ailələri, Qarabağ əlilləri, oruc tutanlar, imkansız ailələr və dindarlari iştirak etmişdir.
İftar mərasimində Qurani-Kərimdən ayələr oxunmuş, Ramazan ayının fəzilətlərindən danışılmış, dualar edilmiş, şəhidlərin ruhu yad edilmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizin milli-mənəvi həmrəyliyini, ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıblar, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar.
Bildirilib ki, mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir. Rayon sakinləri Ramazan ayında təşkil olunan iftar süfrələrinə görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.

Heydər Əliyev Fondu Füzulidə iftar süfrəsi təşkil edib

Short URL: http://www.cumhuriyyet.net/?p=128703

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728