Sulutəpədəki Laçın məktəbində ailə podaratı

03.06.2019 - 12:03

Artıq dəfələrlə qeyd olunduğu kimi bu gün ölkənin təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. Halbuki, bu istiqamətdə görülən tədbirlər artıq çoxdan Azərbaycanın təhsil sistemini ən qabaqcıl dünya standartlarına cavab verəcək səviyyəyə çıxarmalı id. Lakin müəyyən subyektiv səbəblər bu mütərəqqi prosesləri hələ də ləngitməkdə davam edir. Biz dəfələrlə öz yazılarımızda belə fikri vurğulamışıq ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır.
Lakin təəssüflər olsun ki, bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir. Bununla bağlı cumhuriyyet.az olara bizə daxil olan məlumatda bildirilir ki, Sulutəpədə yerləşən 6 saylı Laçın qaçqın məktəbində özbaşınalıq baş alıb gedir, belə ki, direktor Kəmalə Əliyeva məktəbi burda mənəm, bağdadda kor xəlufə prinsipi ilə idarə edir. Qeyd edək ki, əvvəllər məktəbin direktoru Kəmalə xanımın həyat yoldaşı Rahib Əliyev olub. Sirli şəkildə ərinin yerinə keçən xanım direktor Rahib nüəllimin rəhbərliyindən hələ də xoş şeylər xatırlayan müəllim kollüktivinə “mən sizə Rahib deyiləm” deyərək qan uddurur. Qaçqın məktəbini təhsil nazirliyinin gözündən iraq salan xanım “məkan”ında at oynadır, şagirdlər evə buraxılır, dərslər boş keçirilir, əfəbiyyat müəllimi olan xanım direktor dərsə ancaq jurnal yazmağa girir. Bütün siniflərdə şagirdlərin bütün fənn qiymıtlərinə Kəmalə xanım şəxsən özü “baxır” .müəllim və valideyn və şagird kollektivi direktorun kaprizlərindən, əsəbi və kobud davranışından, səbəbsiz isterik çığırtılarından cana doyub

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128791

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930