ADP-çi fəal axtarılır

12.10.2018 - 22:28

ADP Gənclər Təşkilatının fəal üzvü olan Kazımov Azər Vaqif oğlu, onun ailəsi və yaxınları hakimiyyətin təyin etdiyi mülki geyimli şəxslər tərəfindən təqib və təzyiqlərə məruz qalmaqdadır. Qeyd edilən şəxslər dəfələrlə A. Kazımovun evinə gələrək anası Məhsəti xanımdan oğlunun harada olduğunu soruşublar. Bu arada 11.10.2018-ci ilin tarixində həmin mülki geyimli şəxslər yenidən Azərin evinə gələrək, qeyri qanuni yolla eve baxış keçirib onun anasından oğlunun harada olduğunu soruşublar. Həmin şəxslərdən oğlunun hansı səbəbdən axtarılmasını soruşan yaşlı anası təhqir və təzyiqlərə məruz qalıb.
Xatırladaq ki, bu mülki geyimli şəxslər bir neçə müddət öncə Azərin evinə gələrək əllərində heç bir axtarış izni olmadan evi axtarmağa cəhd göstərmişlər. O zaman Azərin qardaşı O. Kazımov evdə olduğundan evin qeyri qanuni yolla axtarılmasına izin vermədiyinə görə mülki geyimli şəxslər tərəfindən döyülüb söyülərək polis bölməsinə aparılmış və orada şərlənərək 10 gün müddətinə inzibati həbs cəzasına məruz qalmışdır.
Qeyd edək ki, A. Kazımov artıq bir müddətdir ki, Avropada mühacir həyatı yaşayır. Görünür Azərin siyasi baxışını və fəaliyyətini hakimiyyət özü üçün təhlükəli hesab etdiyinə görə onun ailəsinə böyük, ardı arası kəsilməyən təzyiqlər göstərməkdədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=128822

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728