Təkzib
cumhuriyyet.net internet xəbər portalında 19 iyun 2018-ci il tarixdə “Azəravtoyol” ASC-də Şükür Aslanov rüzgarı və İmişli “troykası”nın macəraları” başlığı altında dərc olunmuş məqalədə Astanov Şükür İsmayıl oğlunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan materiallar dərc edilmişdir.
cumhuriyyet.net internet xəbər portalının redaksiyası və onun baş redaktoru bildirir ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil. Bu səbəbdən redaksiya olaraq həmin məlumatları təkzib edirik.
Short URL: http://www.cumhuriyyet.net/?p=129057