“Göygöl”də “yaşıl soyqırım”: “Təbiət qatilləri” niyə hələ də cəzasız qalıb?

22.07.2019 - 19:27

Bakının 9-cu mikrorayon ərazisində yerləşən və “Zeytunluq” kimi tanınan ərazinin uzun illərdir ki, müxtəlif məmurlar və oliqarxlar arasında əsl mübarizə poliqonuna çevrildiyi hər kəsə bəllidir. Paytaxtın ən perestijli yerlərindən biri hesab edilən bu ərazidə son illər bir sıra ictimai iaşə obyetləri – kafe və restoranlar meydana gəlib ki, bunlardan biri  “Göygöl” restoranıdır.

 

“Ağac qəbiristanlığı” üzərində ucalan restoran….

 

“Göygöl” restoranı ilə bağlı diqqət çəkilməsi gərəkən ən başlıca faktlardan biri meşəlik ərazidə “birdən-birə”, “bir göz qırpımında” meydana gəlməsi ilə bağlıdır. Nə qədər qəribə görünsə də, bu restoran zeytun ağaclarının ən sıx olduğu bir məkanda “anidən” zühur edib. Onlarla ağacın məhvi hesabına özünə yaşam tapan bu obyektin ərazisi özü böyüklyündə ağac qəbiristanlığının mövcudluğundan xəbər verir. Ancaq təəssüflər olsun ki, nə o zaman, nə də bu gün “Göygöl” restoranının inşası zamanı məhv edilən ağcların taleyi ilə maraqlanan, məhv edilən bu ağacalara görə məsuliyyətə bir nəfər də olsun məsuliyyətə cəlb edilən, hansısa formada cəzalandırlan olmayıb Halbuki, işin həm qanuni, həm də mənəvi tərəfi baş verənlərə görə bütün günahkarların dərhal və qanunun bütün sərtliyi ilə cəzəalandırılmasını tələb edir.

 

Heydər Əliyevin mirasına xəyanət edənlər kimlərdir?

 

Məlumdur ki, ümummilli lider Heydər Əliyev hər zaman təbiətə, onun mühafizəsinə mühüm önəm vermiş, təbiəti, onun hər bir komponentini qoruyub saxlamağın vacibliyini vurğulamıdı. Xüsusilə də Abşeron relyefində ağac yetişdirməyin çətinliyinə diqqət çəkən Heydər Əliyev, bu coğrafiyada hər bir ağaca fərdi şəkildə – ayrı-ayrılıqda qulluq etməyin vacibliyini vurğulamış, ağacları məhv edən şəxsləri ağır şəkildə cəzalandırmağın zəruriliyini qeyd etmişdi. Təsadüfi deyildir ki, bu gün paytaxtımızda ucalan və ətrafa sərinlik bəxş edən ağaclaırn çoxu məhz ümummilli liderin bilavasitə rəhbərliyi və iştirakı ilə əkilən ağaclardır. Lakin təəssüflər olsun ki, Binəqədi rayonunun 9-cu mikrorayon ərazisində, “Zeytunluq” adlanan yerdə yaşanan yaşıl soyqırım bəzi qüvvələrin Heydər Əliyevin mirasına xəyanət yolunu tutduğunu göstərir. Hansı ki, hüquqi zəmində aparılacaq kiçik bir araşdırma ilə bu xəyanətə imza atan şəxsləri müəyyənləşdirmək mümkündür.

 

Binəqədi Rayon İcra Hakimiyyəti “ağac terroruna” niyə müdaxilə etməyib?

 

Göygöl restoranının inşası zamanı kəsilən ağaclarla bağlı sual doğuran məqamlardan biri də Binəqədi Rayon İcra Hakimiyyətinin zamanında baş verənlərə müdaxilə etməməsidir. Halbuki, baş verən ağac terrorunun qarşısını almaq, baş verənlərə görə bütün əlaqədar qurumları ayağa qaldırmaq Binəqədi Rayon İcra Hakimiyyətinin vəzifəsi idi. Lakin redaksiyamıza daxil olan məlumata görə, o zaman “Göygöl” restoranının inşası zamanı yaşanan ağac terrorundan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov  xəbərdar olsa da, nəinki baş vernlərə müdaxilə etməyib, əksinə, prosesə göz yummaqla yaşıl soyqırımın daha da genişlənməsinə şərait yaradıb. Başçı müavininin baş verənlərə hansı səbəblə göz yumması da araşdırılmaıs gərəkən əsas məsələlərdəndir.

 

“Yaşıl soyqırımı” seyrçi mövqeyində izləyən daha bir qurum – Bakı  Şəhər Yaşıllaşdırma İdarəsi…

 

Maraqıdır ki, “Göygöl” restoranının inşası zamanı ərazidəki zeytun ağaclarının kəsilməsini seyrçi mövqeyindən izləyən qurumlardan biri də Bakı Şəhər Yaşıllaşdırma İdarəsi olub. Halbuki, bu idarənin vəzifəsi şəhər ərazisinin yaşıllaşdıırlmasını təmin etməklə yanaşı, həm də bu yaşıllqları qorumaq, onların məhvinə qarşı mübarizə aparmaqdır. Lakin nə sirdirsə, “Göygöl”ün inşası prosesi zamanı onlarla ağacın məhvi prosesinə bu qurum da heç bir müdaxilə etməyib. Halbuki, bunca ağacın məhvi prosesindən adıçəkilən qurumun tamamilə xəbərsiz olması mümkün deyil. Çünki bu, bilavasitə sözügedən qurumun vəzifə borcuna daxil olan bir məsələdir. Yox əgər həqiqətən də hər şey bu qədər sadədirsə, yəni Bakı Şəhər Yaşıllaşdırma İdarəsi gerçəkdən də bunca ağacın məhvindən xəbərsiz olubsa, bu, həmin vaxt söügedən idarəyə rəhbərlik edən şəxslərin öz yerində olmadığını göstərir ki, bu da əlavə bir məsuliyyətdir.

Bir sözlə, görünən odur ki, təbiət qatillərinin hələ də cəzasız qalmasına baxmayaraq, ortada yaşıl bir soyqırım mövcuddur. Hansı ki, bu soyqırımın araşdırılması, təbiət qatillərinin məsuliyyətə cəlb edilməsi bu gün üçün də olduqca aktuladır və inanırıq ki, əlaqədar qurumlar gec də olsa bu istiqamətdə gərəkli addımları atacaqdır…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129995

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930