Zaqatala Ağağı Tala kəndində bələdiyyə hegemonluğu

30.07.2019 - 09:38

31mindən çox əhalinin,7 minə yaxın abonentin olduğu Zaqatala şəhərinin suya olan gündəlik ehtiyacı təqribən 13-15 min kub metrə bərabərdir.Şəhərin su tələbatı təqribən 30% Car,70% isə Meşleş- Tala çay su mənbələrindən ödənilir. Car su mənbəyində Silban çayının suyu atrıq bir müddətdir ki,tamamilə quruyub. Bir müddət öncə dağlara yağan yağışlara görə ikinci və əsas mənbə sayılan Tala çayında suyun həddindən artıq lillənməsi su verilişində problemlərə səbəb olub.
Ciddi su problemi yaşayan yerlərdən biri də Aşağı Tala kəndidir. Kənd rayon mərkəzindən Tala çayı ayırır. Şimal-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan Əli Bayramlı kəndi ilə həmsərhəddir. Kəndin ərazisi 3327 hektardır. Əhalisi 6830 nəfər, əsasən azərbaycanlılardır. Dini mənsubiyyətləri islam Kənd, RİHB-nın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Aşağı Tala bələdiyyəsi tərəfindən idarə olunur. Kənd bələdiyyə sədri Vüqar Əbdürəhmanov ərazidə əsl hegemonluq həyata keçirir. Belə ki, vətəndaşlara su yezid qaydasında verilir. Hər bir şəxsdən içməli suya görə 0.60 qəp. pul yığılsa da kənddə içməli su problemi həll olunmayıb.

Musayev Vüqar Rəcəb oğlu, xüsusi olaraq cumhuriyyet.az üçün

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=130749

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930