Ramiz Mehdiyevin Paşayevlərlə davası

26.06.2012 - 09:18

ramiz_mehdiyevPA rəhbərinin rəqiblərini sıradan çıxarmaq istəyi hakimiyyətdə ciddi qarşıdurmaya səbəb ola bilər

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin son
keçirdiyi tədbirlər və etdiyi çıxışlar hakimiyyətdəki ən güclü
qruplaşmalardan biri olan Paşayevlərə qarşı yönəlib. Bu barədə
redaksiyamıza iqtidardakı mənbə məlumat verib. Mənbə Ramiz Mehdiyevin çıxışlarına diqqət çəkərək deyir: “Administrasiya rəhbəri çıxışlarında əsasən elm və təhsil sahəsini hədəfə alır. Məhz bu sahə Paşayevlərin
nəzarətindədir. Paşayevlər son illərdəki uğurlarından biri Mikayıl
Cabbarovun təhsil naziri, Akif Əlizadənin isə Milli Elmlər
Akademiyasının prezidenti vəzifəsinə təyinatıdır. Hər iki şəxs birmənalı
olaraq Paşayevlərin kadrı hesab olunur. Bu baxımdan da Ramiz Mehdiyev
çıxışlarında ad çəkmədən məhz onları hədəf seçir”.
Bundan başqa Ramiz
Mehdiyevin nəzarətində olduğu şübhə doğurmayan rəsmi dövlət qəzeti
“Azərbaycan”da dərc edilən “Mənəviyyat manifesti” başlıqlı məqalədə də
elm və təhsil sahəsinə dair sərt tənqidlər yer alır. Mənbənin iddiasına
görə, “Azərbaycan” qəzetində Ramiz Mehdiyevin razılığı olmadan bu tip
məqalələrin dərc olunması sadəcə mümkün deyil. “Çox böyük ehtimalla bu
məqalə hes redaksiyada deyil, elə Prezident Administrasiyasında
hazırlanıb”, – deyə mənbə bildirir.
Qaynağımızın sözlərinə görə,
hazırda hakimiyyətin Rusiyaya meyllənməsi Ramiz Mehdiyevin iqtidardakı
mövqelərini gücləndirib. PA rəhbəri də fürsətdən istifadə edərək bütün
rəqiblərini, xüsusilə Paşayevləri sıradan çıxarmaq niyyətindədir. “Lakin
Paşayevlər də iqtidarda kifayət qədər böyük gücdür. Çox güman ki,
onların da Ramiz Mehdiyevə cavabı gecikməyəcək”, – deyə mənbə əlavə
edib.zaurh

Zaur Həmidov

Short URL: http://www.cumhuriyyet.net/?p=13139

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930