ADP üzvünə təzyiqlər
ADP Gənclər Təşkilatının fəal üzvü olan Mürşüdov Mahir İftixar oglu, onun ailəsi və yaxınları hakimiyyətin təyin etdiyi mülki geyimli şəxslər tərəfindən təqib və təzyiqlərə məruz qalmaqdadır. Qeyd edilən şəxslər dəfələrlə M.Mahirin evinə gələrək anası İlhamə xanım ve atasi İftixar beyden oğlunun harada olduğunu soruşublar. Bir neçə gün öncə həmin mülki geyimli şəxslər yenidən Mahirin evinə gələrək, qeyri qanuni yolla eve baxış keçirib onun anası ve atasindan oğlunun harada olduğunu soruşublar. Həmin şəxslərdən oğlunun hansı səbəbdən axtarılmasını soruşan yaşlı valideyinləri təhqir və təzyiqlərə məruz qalıblar.
Xatırladaq ki, bu mülki geyimli şəxslər bir neçə müddət öncə Mahirin evinə gələrək əllərində heç bir axtarış izni olmadan evi axtarmağa cəhd göstərmişlər. O zaman Mahirin atasi İftixar Mürşüdov evdə olduğundan evin qeyri qanuni yolla axtarılmasına izin vermədiyinə görə mülki geyimli şəxslər tərəfindən döyülüb söyülərək polis bölməsinə aparılmış və orada işgəncələrə məruz qalmışdır.
Qeyd edək ki, M.Mürşüdov artıq bir neçə gündür ki, Avropada mühacir həyatı yaşayır. Görünür Mahirin siyasi baxışını və fəaliyyətini hakimiyyət özü üçün təhlükəli hesab etdiyinə görə onun ailəsinə böyük, ardı arası kəsilməyən təzyiqlər göstərməkdədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=131938