Dinc aksiyaya qarşı zorakılıq

27.07.2019 - 14:52

Xəbər verildiyi kimi 26 iyul 2019-cu il tarixində siyasi mehbuslara azadliq şüari adi altinda hakimiyyət orqanlari ilə razilaşdirilmamiş aksiya baş tutmuşdur. Aksiyada ve aksiyadanda öncə xüsusi fəaliyyəti ilə seçilən Azərbaycan Demokrat Partiyasının Yasamal rayonu üzrə gənclər təşkilatının sədri Mürşüdov Mahir aksiya bitdikdən sonra yol ilə gedərken partiya yoldaşlarının gözü qarşısında mülki geyimli şəxslər tərəfindən qara Niva markalı maşına basılaraq qaçırılmışdır. Hadisə şahidləri Günay Vəliyeva,Novruzov Emin, Rəsulova Mətanət,İmanov Xəyal, Əliquliyev Samir, Məmmədov Urfan və Əli Nemətov Azərbaycan Demokrat Partiyasının mətbuat xidmətinə verdikləri məlumata görə Mürşüdov Mahir qaçırılarkən onlar Mahirə kömək etmək istəsələr də onu maşına basan adamlar özlərini təqdim etməkdən yayınaraq və Mürşüdov Mahiri tez bir halda zor gücünə qaçırmışlar.
Qeyd edək ki, ADP-nin Yasamal royonu üzrə gənclər təşkilatının sədr müavini olan Mürşüdov Mahir aksiyadan öncədə aksiyaya çıxacağı təqdirdə naməlum şəxslər tərəfindən təhqir olunaraq hədələnmişdir

Short URL: http://www.cumhuriyyet.net/?p=131940

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31