Mənimsənilən körpə haklari
Azərbaycan kimi zəngin bir ölkə öz kiçik yaşli vətəndaşlarina uşaq pulu verməyi rəva görə bilər. Bir haldaki Gürcüstanda,Ermənistanda,Rusiyada,Qazaxistanda hər ay uşaq pulu ödənir.Niyə Azərbaycanda valideynlər övladlarina görə dövlətdən maddi dəstək almasinlar?Bu dövlətin ümdə borcudur.Çünki o övlad 18 yaşina çatan kimi oğlan usaqlarini tələb eliyəcəklərki,mən onu apariram orduya.Sən, o uşaği orduya aparirsansa sən onun qayğisina qalmalisan.Sən, düşünməlisən ki, onlar nə yeyir,nə içir,necə böyüyür,necə təhsil alir.Əslində isə , sən, bugun o uşaga dəstək verməlisən.
İş yoxdu valideyn işləyə bilmir,işləyən valideyn də 180-200-300 manat maaş alir.Bu maaşla bir valideyn öz övladlarının xərclərini necə qarşılaya bilər?Ölkəmizdə yalniz yeni doğulmuş körpə üçün ailələrə birdəfəlik cuzi bir məbləğ ödənilir.Ümumiyyətlə,hər ay verilməsi lazim olan uşaq pulu isə çoxdan ləğv edilib. Ona görədə ən vacib tələblərdən biri hər ay 18 yaşina çatana qədər və əgər uşaq təhsil alirsa,təhsilini bitirənə qədər hər ay minimum əmək haqqindan az olmayan usaq pulunun ödənməsidir.Üstəlik ölkəmizdə usaq yeməklərinin qiymətləri orta təbəqəli vətəndaşın cibinə uyğun deyil.Nə qədər acı olsada qonşu ölkələrdə uşaq yeməkləri Azərbaycandakından qat-qat ucuzdur.
Amma,hakimiyyət uşaq pulunu kəsib hansısa korrupsiyonerleri yedizdirməklə məşğuldur.Bu sadece ucuz şöhrət qazanmaqdan başqa bir şey deyil.Nə qədərki,ölkə öz kiçik vətəndaşlarına qarşı baxış fəlsəfəsini dəyişməyib ciddi problemlərin şahidi olacağıq.
Mürşüdov Mahir
Short URL: http://www.cumhuriyyet.net/?p=131946